Təqaüd yaşının bərabərləşdirilməsini Konstitusiya məhkəməsi müzakirə edəcək
“Biz Gürcüstanda qadın və kişinin təqaüd yaşının fərqləndiyi diskriminasiya normasının ləğv olunmasını tələb edəcəyik”, – deyə “Yeni Gürcüstan” siyasi platformasının lideri, “Batumelebi”yə Qiorqi Vaşadze bildirib.
Şikayətin tələbi “Dövlət təqaüdü haqqında” qanunun 5-ci maddəsinin birinci hissəsinin anti konstitusional olaraq tanınmasıdır. Bu maddə kişilər üçün təqaüd yaşını 65, qadınlar üçün isə – 60 yaş müəyyən edib. Şikayətin müəllifləri hesab edirlər ki, bu yaş hər iki yaş üçün 60 yaş olmalıdır.
“Bizim sübutlaşdırmamız Avropa təcrübəsinə söykənir. Təcrübəyə əsasən qadın və kişinin təqaüd yaşı bir-birindən fərqlənmir”, – deyə Qiorqi Vaşadze əlavə edib.
Mənbə: Netgazeti.ge
marneulifm1106 Posts
0 Comments