Ponicalada növbəti xüsusi əməliyyat – narkotik alqı-satqısı ittihamı ilə beşinci şəxs həbs olunub

cms-image-000038389

Gürcüstanın Daxili İşlər Nazirliyinin məlumatına əsasən, aparılan xüsusi əməliyyat nəticəsində Ponicala kəndində bugün narkotik maddələrin alqı-satqısında ittiham olunan daha bir şəxs həbs olunub. O, 12-16 avqust tarixlərində Ponicalada eyni ittihamla həbs olunan beşinci şəxsdir.

Dünən Ponicalada xüsusi əməliyyat nəticəsində narkotik alqı-satqısı ittihamı ilə daha bir şəxs həbs olunub.

Avqustun 12-də Ponicalada polis iki qardaşı 260-cı maddənin birinci və dördüncü hissəsinə əsasən həbs edib. Maddə narkotik vasitələrin qeyri-qanuni yolla əldə edilib saxlanmasını nəzərdə tutur. 14 avqust tarixində yenə də Ponicalada eyni maddəyə əsasən bir şəxs həbs olunub. Ancaq məlum deyil ki, bu xüsusi əməliyyat iki gün əvvəl həbs olunan qardaşların işi ilə bağlıdır ya yox.

15 avqust tarixində həmin maddənin ikinci hissəsinə əsasən, Rustavidə də bir şəxs saxlanılıb ki, 294 paket “bio”-nun əldə edilib-saxlanılmasında ittiham olunur.

Eləcə də dünən Diğom yolunda, Tbilisinin çıxışında xüsusi əməliyyat aparılıb və nəticədə polis narkotik alqı-satqısında ittiham olunan bir şəxsi həbs edib.

 

Mənbə: Netgazeti.ge

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register