DİN narkotiklə bağlı cinayət ittihamı əsasında Qardaban rayonunda bir şəxsi həbs edib
Gürcüstanın Daxili İşlər Nazirliyinin bəyənatına görə, Qardaban rayonunda Zooved məntəqəsi adlanan yerdə narkotik cinayət ittihamı əsasında bir şəxsi həbs edib.
Müəssisədən bildirirlər ki, itihham olunan şəxsin evinin axtarışı zamanı hüquq mühafizəçiləri 44 paket heroin aşkarlayıblar. Gürcüstan Cinayət Məcəlləsinin 260-cı maddəsinin birinci hissəsi ilə istintaq gedir. Maddə narkotik vasitələrin əldə olunub saxlanılmasını nəzərdə tutur.
Mənbə: Netgazeti.ge
marneulifm1106 Posts
0 Comments