Suvarma suyu problemini munisipalitet qurumuş çaylarla təsvir edir
Bu gün “Avropalı Gürcüstan” partiyasının Marneulidə Merlik namizədi, Əhməd İmamquliyev Kürdlər kəndində əhali ilə görüşdü, , görüş zamanı əsas problem olaraq yenədə suvarma və içməli su problemini səsləndirildi. Eləcədə Radio Marneuli ilə müsahibəsi zamanı Əhməd İmamquliyev korrupsiya haaqında da danışdı.
“Bu korupsiya misalıdır, bizə dedilərki suvarma suyunun reabilitasiyası üçün 92 min lari xərcləyiblər ancaq, biz qerçəyi Alget kəndində gördük və məlum oldu ki, heç bir görülməyib. Yəni buda onu göstərir ki, büdcədə ki, pul məqsədli şəkildə xərclənmir bax buda bizim bu gün ki, əsas problemimizdir” – Əhməd İmaquliyev qeyd edir.
İmamquliyev eləcədə suvarma suyunun Təbii vəziyyətdən asılı ola biləcəyini bildirdi.
“Bilirəm ki, indi çaylarda su azdır və buna görədə su az gəlir ancaq bu sadəcəd suvarma suyu problemi ilə bitmir, bu bizim mərkəzi hakimiyyətində problemidir çunki mən bu yaxınlarda Muöanlı kəndində idim və orada məlum oldu ki, bizim dövlət bizim xalqın suyunu Azərbaycana satır, bu isə çox asan sualdı nizim suyumuz yoxdursa necə olurki Azərbaycana su satırıq”-Əhməd İmamquliyev qeyd edir.
Marneuli Munsiispalitetinin İcra Başçısının səlayyihətini yerinə yetirən, Zaur Tabatadzenin dediyinə görə əsas problem, hansı səbəblə ki, əhaliyə su verilmir çayda suyun az olmasıdı.
“Çox isti yaydır bu il, suvarma su suyunu haradn götürməliyik, çaydan, sonra isə arxlara axtarmalıyıq, Bu halda konkret olaraq Debeda çayını götürək, Debeda çayıın su ilə əhaliyi suvarma suyu ilə təmin etməyimiz üçün minimum 22-24 kuba ehtiyac var. Real olaraq isə indi sadəcə və sadəcə 5-6 kub su gəlirş İndi təsəvvür edin necə bütün əhaliyi və kəndəli su ilə təmin edək, Çox isti yay günləıridi bu nagörədə bir necə kənddə suvarma suyunun verilməsi çətin oldu, çün ki bir çox kınddə su boruları düzəlməyib. Buna görədə verilən suda əhaliyə yetmir”- Zaur Tabatadze qeyd edir.
Marneuli Munsiispalitetinin İcra Başçısının səlayyihətini yerinə yetirən, Zaur Tabatadze əhalidən bu problemə anlayışla yanaşmaqlarını xahiş etdi.
Şəlalə Əmircanova516 Posts
0 Comments