Tarixdə bu gün
Tarixdə bu gün 17.8.2017-cı il.
1787-ci ilin 17 avqustunda Osmanlı-Rus müharibəsi elan olunmuşdur.
Gürcü boyakarı və qrafiki, SSRİ Rəssamlıq Akademiyasının həqiqi üzvü, SSRİ xalq rəssamı Uça Caparidze 17 avqust 1906-cı ildə Kutaisi quberniyasının Qari kəndində anadan olub.
SSRİ və Rusiya beynəlxalq qrossmeysteri, üç dəfə dünya çempionu, öz dövrünün ən güclü şahmatçılarından biri hesab olunan Mixail Botvinnik 1911-ci il avqustun 17-də Kuokkalada anadan olmuşdur. O, həmçinin kompyuter şahmatının təşəbbüsçüsü idi.
Görkəmli Azərbaycan və sovet opera və estrada müğənnisi (bariton), bəstəkar, SSRİ xalq artisti Müslüm Maqomayev 1942-ci il avqustun 17-də Bakı şəhərində anadan olub.
17 avqust 1978-ci ildə İranda Şah rejiminə qarşı vətəndaş müharibəsi başladıldı.
Müəllif: Amil Məmmədov
Amil Məmmədov2286 Posts
0 Comments