Texno xəbər

Texno Xeber

   Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

“Instagram” sosial şəbəkəsinin “iOS” və “Android” mobil əməliyyat sistemləri üçün proqramı yenilənib. Əsas yenilik şərhlərin göstərilməsi ilə bağlıdır. Yenilənmiş şərhlər daha əlverişlidir: indi kimsə şərhə cavab yazdıqda həmin cavab tam siyahıya deyil, həmin mesaja bərkidilir. Bütün yeni cavablar qruplaşdırılacaq və onlara ayrı formada baxmaq mümkün olacaq. Həmçinin onlar bütün istifadəçilərə əlçatan olacaq.

1

ABŞ-ın patent və ticarət markaları üzrə Bürosu “Samsung” şirkətinin alkotester funksiyalı smartfon istehsalı üzrə müraciətini təsdiqləyib. Radio Marneulinin “Patantly Apple” resursuna istinadən verdiyi məlumata görə, müraciətdə “Note” seriyasından olan smartfonların malik olduğu “S Pen” stilusuna sahib cihaz təsvir edilir. Lakin stilus modelinin əks tərəfi də var və orada mikrofon rolunu da oynayan qaz analizatoru quraşdırılıb. İllüstrasiyaya əsasən sensor danışıq zamanı cihaz sahibinin sərxoşluq dərəcəsini müəyyən edə bilir. Patently Apple” qeyd edir ki, alkotesterli smartfon bazarda çoxlarını maraqlandıracaq. Çünki alkoqol dərəcəsini ölçən bu cür sensorun olması sürücünü sərxoş vəziyyətdə avtomobil idarə etməkdən və polis tərəfindən cərimələnməkdən xilas edə bilər. Bundan başqa, sensorun funksiyaları genişləndirə də bilər və qurğunun insan nəfəsini daha ətraflı təhlil edə bilməsi mümkündür. “Samsung”un bu cür smartfonu nə vaxt buraxacağı məlum deyil. O da mümkündür ki, bu ideya heç həyata keçirilməsin.

2

Son illərdə operatorların internet tarifləri daha əlverişli olub. Bununla belə, yeni nəsil şəbəkələrin tətbiqi ilə əlaqədar istifadə edilən məzmunun həcmi də artır, buna görə trafikin sıxılması üçün servis və proqramlara tələbat yüksəkdir. Buna baxmayaraq, “Opera” şirkəti “Opera Max VPN” servisini bağlayıb. Bu barədə  “Opera” şirkətinin bloqunda yazılıb ki, “Max” servisi şirkətin başqa məhsulları ilə rəqabətdə uduzurdu. Başqa sözlə, proqramçılar ikinci dərəcəli məhsulun dəstəyinə vaxt itirmək istəməyərək onu bağlayıblar. “Opera Max” servisi daha yenilənməyəcək və artıq “Google Play” proqramlar mağazasından çıxarılıb. Proqramı öncə yükləmiş istifadəçilər sözügedən servisdən hələ ki istifadə edir. Qeyd edək ki, “Opera” istənilən vaxt “Max” servisinin fəaliyyətini tamamilə dayandırmaq hüququna malikdir, ancaq hələlik bu barədə dəqiq məlumat yoxdur.

3

“Facebook” şirkəti tərəfindən mobil proqramın dizaynına edilmiş kiçik dəyişikliklər xəbər lenti üzrə naviqasiyanı sadələşdirməli və onu oxumaq üçün daha əlverişli etməlidir. Indi nəşrlərə yazılmış şərhlər daha çox müzakirəni xatırladır və şərhlərdən hansının başqa istifadəçilərin fikirlərinə cavab olduğu, hansının isə posta aid olduğunu başa düşmək asandır. Ehtimal ki, sosial şəbəkənin nümayəndələri yad adamları heç olmasa, şərhlərdə bir-biri ilə ünsiyyət qurmağa sövq edirlər. Başqa dəyişikliklər az nəzərə çarpır. Xəbər lentinin başlığı tamamilə göy rəngə boyadılıb. Şirkətin nümayəndələrinin fikrincə belə fonda mətn daha yaxşı oxunur. Yuxarı hissədə yerləşdirilmiş ikonkaların ölçüləri böyüdülüb və onların üzərinə klik etmək asanlaşıb. Qeyd edək ki, yeni xəbər barədə məlumat verən ikonka indi zınqırova oxşayır və post dərc etmiş istifadəçilərin fotosu dairəvi formadadır. “Bəyən”, “Şərh”, “Paylaşmaq” ikonkaları, həmçinin dəyişikliyə məruz qalıb. Həmçinin sosial şəbəkə üzrə naviqasiya sadələşdirilib. Beləliklə, sosial şəbəkənin görünüşü “Instagram”ı xatırladır. Yeni dizayn bir neçə həftə ərzində istifadəçilərə əlçatan olacaq.

4

“Google” şirkəti “Google Allo” messencerini veb brauzer üzərindən əlçatan edib. Bu haqda “Google Allo” və “Duo” messencerləri üzərində işləyən bölmənin rəhbəri Amit Fulay məlumat verib. İndi kompüterdə “Google Allo” messencerinə giriş əldə etmək üçün allo.google.com/web ünvanına daxil olmaq lazımdır. Bundan sonra smartfonda “Allo” messencerinin menyusundan “Allo for web” punktunu seçmək və brauzerin səhifəsində göstərilmiş QR kodu skan etmək lazımdır. Lakin messencer hələ ki, yalnız “Chrome” brauzerini dəstəkləyir. “Allo” messencerinin veb versiyasının işləməsi üçün smartfon daima şəbəkəyə qoşulmalıdır.

5

ABŞ-ın Vaşinqton Universitetinin kompüter texnologiyaları üzrə eksperti Şvetak Patel “Senosis Health” adlı startapını “Google” şirkətinə satıb. Yeni xidmətlə istifadəçilər evdən çıxmadan əsas müayinələrdən keçə biləcəklər. “Senosis” və müasir smartfonlara quraşdırılmış xüsusi sensorların köməyi ilə istifadəçi ağciyərin funksiyasını və hemoqlobinin səviyyəsini müəyyən edə bilər. Hazırda “Senosis” layihəsi üzərində Ş.Patellə birgə daha on alim işləyir. “Google”un “Senosis Health” startapını əldə etmək üçün ödədiyi məbləğ açıqlanmır. Qeyd edək ki, Ş.Patel əvvəllər bir neçə startapını “Belkin International” və “Sears” kimi şirkətlərə satıb. 2011-ci ildə dörd alimlə birgə “Senosis Health” xidmətini yaradan alim “dahilər üçün qrant” adlandırılan Mak-Artur təqaüdünü qazanıb.

6

Çin və Cənubi Koreyadan olan kimyaçılar qrupu tərəfindən hazırlanmış  yeni odadavamlı materialın sıxlığının son dərəcə kiçik olmasına baxmayaraq, amma çox yüklənməyə və yanğını effektiv dayandırmaq qabiliyyətinə malikdir. Materialın əsasını köpüklənmiş polimid polimer təşkil edir, həmçinin qrafen və qırmızı fosfor kompoziti əlavə edilib. Qeyd edək ki, həm polimid, həm də fosfor yanar materialdır, amma qrafenlə qatışdırıldıqdan sonra onların xüsusiyyəti dəyişir. Yeni materialın sıxlığı təxminən 16 mq/sm3 təşkil edir ki, bu da havadan 16 dəfə daha ağırdır. Bu halda onun mexaniki xüsusiyyətləri kiçik polimer blokuna içərisi su ilə dolu 6 kq-lıq stəkanın təzyiqinə tab gətirməyə imkan verir. B xüsusiyyət materialı oksid silisium və ya qrafen əsaslı aerogellərlə eyniləşdirir.

7

Samsung Galaxy S5, təyyarədən edilən bir video çəkiliş zamanı yüzlərlə metrdən aşağı düşdü və heç bir şey olmamış kimi çəkilişə davam etdi.Samsung Galaxy S5 üçün ciddi bir möhkəmlik testi reallaşdırılmış oldu. Blake Henderson adlı bir şəxs tərəfindən təyyarədən salınan Galaxy S5, havada süzüldükten sonra yüzlərlə metrdən yerə problemsiz bir eniş reallaşdırıb. Olduğu təyyarədən bir başqa təyyarəni göstərməyə çalışdığını ifadə edən Henderson, Galaxy S5 telefonunu əlindən salıb. Təhlükəsizlik səbəbiylə şüşənin kəsiri olduğu ifadə edilərkən, telefon təxminən 305 metrdən bir adamın bağçasına düşüb. Aşağıdakı videodan da göründüyü üzrə smartfon torpağa düşdükdən sonra da işləməyə və hətta çəkiliş etməyə davam edir. Bu maraqlı hadisəyə dair video çəkiliş YouTub-a Blake Henderson-un yaxını Robert Ryan tərəfindən yüklənib. Videoda, cihazın enişindən tapılışına qədərki müddəti izləmək mümkündür. Digər tərəfdən düşdükdən sonrakı Galaxy S5 gövdəsinin vəziyyətini də olduqca maraq etdik doğrusu. Kameranın sağlam qaldığı qətidir ancaq gövdə möhkəm qaldı mı və ya ekran çatladı mı təəssüf ki, bu haqda məlumat yoxdur.

Nokia brendinin sahibi “HMD Global” şirkəti sonunda öz yeni flaqman modeli olan Nokia 8-i təqdim etdi. Təqdim olunmuş yeni Nokia 8, metal korpusa və dairəvi kənar hissələrə sahibdir. Smartfonun ənənəvi ön paneli, barmaq izi skanı və sensorlu düymələr ilə təchiz olunub. Görünür ki, şirkət, digərləri kimi çərçivəsiz ekran trendinin arxasınca qaçmayıb. Bundan əlavə olaraq Nokia 8, qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogiriş hissəsini özündə qoruyub saxlayıb. Cihazın şarjı və kompüterə qoşulması prosesi isə USB Type-C girişi vasitəsilə reallaşdırılır. Nokia 8 üçün kameranın hazırlanmasında “Carl Zeiss” şirkəti yardımçı olub. Qeyd etmək lazımdır ki, bu şirkət, Nokia brendi ilə 15 ilə yaxın idi ki, əməkdaşlıq edirdi. Lakin brendin, “HMD Global”a satılmasından sonra bu əməkdaşlıq bir neçə il fasilə etdi. Buna baxmayaraq hər iki şirkət arasındakı əməkdaşlıq qaldığı yerdən davam edir. Nokia 8, 13 MP-lik ikili arxa kamera ilə təchiz olunub. Onlardan biri rəngli, digəri isə monoxromdur. Monoxrom kameranın hesabına Nokia 8, portret fotoların arxa fonlarını qarışıq şəkildə reallaşdıra və ağ-qara fotoları çəkə bilər. Bundan əlavə olaraq smartfon, 3 mikrofonun hesabına 360 dərəcəlik OZO Audio səsyazma texnologiyasını da dəstəkləyir. Smartfonun digər texniki göstəricilərinə gəldikdə isə o, 5.25 inç Quad HD ekran, 8 nüvəli Snapdragon 835 prosessoru, 4 GB RAM, 64/128 GB daxili yaddaş, 13 MP-lik ikili arxa və 13 MP-lik ön kamera ilə təchiz olunub. Nokia 8, Android 7.1.1 əməliyyat sistemi vasitəsilə çalışır. Smartfon, gələn aydan 670$ qiymətində satışa çıxacaq.

8

Sentyabrın 6-da təqdim edilməli olan yeni smartfonun təqdimatı 2 həftə əvvələ keçirilib. Yeni smartfonun təqdimatı ilə bağlı şirkət tərəfindən jurnalistlərə göndərilmiş dəvət “MyDrivers” saytında yerləşdirilib. Sözügedən smartfon haqda bir çox məlumat artıq məlumdur. Smartfon “MediaTek Helio P25” (MT6757T) prosessoru, 5,5 düymlük diaqonala malik “Full HD” displeyi, modeldən asılı olaraq 3 və ya 4 QB-lıq əməli yaddaş, 32 və ya 64 QB-lıq fləş yaddaşla təchiz edilib. 3 ədəd kamera olacaq: iki əsas kamera “Sony IMX258” sensoruna malik olacaq. Aparatın korpusu tamamilə metaldan hazırlanıb, akkumulyator batareyasının tutumu 4000 milliamper/saat təşkil edir.

9

“Panasonic” şirkəti “WHILL” şirkəti ilə birgə məhdud qabiliyyətli insanlar üçün aeroportlarda istifadə məqsədilə özü hərəkət edən kreslo hazırlayıb. Kreslo xüsusi mobil proqramın köməyi ilə idarə olunur. İstifadəçi mobil proqramda təyinat nöqtəsini göstərir, bundan sonra kreslo öz yerini müəyyənləşdirir və yaddaşa yüklənmiş aeroportun xəritəsindən istifadə edərək optimal marşrut seçir. Daxili sensorlar kreslonun hərəkətsiz maneələr və ya başqa sərnişinlərlə toqquşmasının qarşısını almağa imkan verir. Sərnişin təyinat nöqtəsinə çatdıqdan sonra kreslo özü geri qayıdır. İstehsalçıların planına görə, özü hərəkət edən kresloların sınağı 8 avqust 2017-ci ildən 31 mart 2018-ci ilədək Tokionun Haneda aeroportunda keçiriləcək.

Symantec adlı dünyanin ən qabaqcıl firmasının internet səhfəsində yeni virus haqqında maraqlı bir məlumat qeyd olunmuşdur. Həmin məlumatın maraqlı cəhəti ondan ibarətdir ki, bu virus adi viruslardan tam fərqlənir. Virus kompüterdəki şifrələri və ya məlumatları deyil, ancaq səsli danışıqları qeydə alır. Komputerə daxil olan virus Skype, MSN, İCQ, Google Talk programı və VoİP (Voice over İnternet Protocol) ilə səsli əlaqə yaradan istifadəçilərin danışıqlarını Mp3 formatında kompüterə yazaraq oğurlayır. Ingilis dilində “wiretap trojan” adlanan həmin virus ERA İT Solutions şirkətinin İT- mühəndisi Ruben Unteregger tərəfindən yazılmışdır. Symantec Təhlükəsizlik firmasının məsul şəxsi olan Kevin Haley adı çəkilən virusu təhlükəli olmasından daha çox maraqlı bir virus kimi xarakterizə edir. Bu virusdan qorunmaq üçün kompüterdəki antivirus proqramlarının mütamadi olaraq aktivləşdirilməsi tövsiyə olunur.

10

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register