Marneulidə qızıl satıcısını soyublar

dzarcva

Marneulidə, Qamsaxurdiya küçəsi 5 ünvanında yaşayan qızıl məmulatları satıcısını 16 avqust saat 4 radələrində soyublar. Sevil Yusubova Marneuli bazarında qızıl məmulatları satır. Hər gün olduğu kimi, o, yenə də günorta saat 4-də evinə qayıdırdı, çantasında isə satmaq üçün qızıl məmulatları var idi.

Zərərçəkmiş Yusubova bildirir ki, pilləkanları qalxıb, qapının zəngini çaldı. Övladı qapını açana kimi yuxarı mərtəbədən düşən kişi saniyələr içində Yusubovanı itələyib və əlindən çantanı alaraq qaçıb.

Zərəçəkmişin sözlərinə görə, o yerdən qalxana kimi həmin kişi həyətdə gözləyən maşına minərək qaçıb. Yusubova həmin kişini tanımadığını bildirdi. Hələlik zərər hesablanmayıb, lakin Yusubovanın dediyinə görə, qızılın bir hissəsini bazarda qoyubmuş. Yıxılan zaman Sevil Yusubovanın qolu zədəlnib. Buna görə də o, xəstəxanaya getməli olub. Qonşuların dediyinə görə, həmin maşın bir neçə gün imiş ki, həmin həyətdə dolaşırmış.

Sevil Yusubova polisə müraciət edib. Hüquq mühafizəçiləri qonşuları dindirib və onlarda artıq soyğunçuların istifadə etdiyi maşının təxmini təsviri var.

Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə iş açılıb ki, bu maddəyə əsasən soyğunçuluq başqasının daşınan əmlakını mənimsəmək məqsədi ilə qanunsuz yolla almaq deməkdir və cərimə və/və ya üç ildən beş ilədək azadlıqdan məhrumetməni nəzərdə tutur.

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register