Marneuli sakini Laşa Şermazanaşvili NBA ulduzu Zaza Paçulia ilə birlikdə oynayıb

LASHA

Marneuli sakini Laşa Şermazanaşvili 13 avqust tarixində NBA ulduzu Zaza Paçulia ilə birlikdə “Stritbol” oynayan 10 gəncdən biridir. Bu şansı ona “Gulf Georgia” yaradıb. Layihə çərçivəsində arzu edən şəxslər öz basketbol bacarıqlarını nümayiş etdirən video çəkməli idilər, bundan sonra 5 nəfər ən çox bəyənilən 5 videonun sahibləri, 5 nəfər isə Zazanın özünün seçdiyi gənclər onunla oynamaq imkanına malik olacaqdılar. Laşanın bildirdiyinə görə, “Gulf Georgia”nın layihəsi haqqında o, Facebook sosial şəbəkəsindən məlumat alıb və dostunun təklifindən sonra bu layihədə iştirak edib.

Bu barədə Facebook-dan öyrəndim, açığını deyim, əvvəlcə istəmirdim, çünki bilirdim ki, böyük rəqabət olacaq. Dostum, məsləhət gördü, bacara biləcəyimi dedi və o gündən çalışmağa başladım. Stadiona getdim, topu atdım və videonu rəsmi səhifəyə yüklədim. Və bəyənmələr toplanmağa başladı.

Laşa onu da bildirdi ki, onun üçün NBA ulduzu Zaza paçulia ilə birgə oynamaq çox əhəmiyyətli idi, çünki o, öz rayonunu təmsil etmək imkanı qazanıb.

Zaza ilə oynamaq mənim üçün çox əhəmiyyətli idi. Mən hər hansı bir xüsusi təklif gözləmirdim. Sadəcə istəyirdim ki rayonumuzu təmsil edim, göstərmək istəyirdim ki, bizim rayonda da basketbol var, basketbola gedənlər oynamağı bacarırlar. Öz bölgəmizi göstərdim, göstərdim ki, biz də basketbolçuyuq.  

Laşa Marneulinin “Delta” basketbol klubunda oynayır. Klub yüksək liqaya yüksəlib və onun dediyinə görə, məşqlərini də adi rejimdə davam etdirir və gələcək planları da məhz bu klubla bağlıdır.

Radio Marneuli

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register