Təqaüdçülərin təqüdünə dövlət büdcəsindən hər ay təqribən 131 milyon lari verilir

coins2

2017-ci ilin iyul ayının göstəricilərinə əsasən, Gürcüstanda yaşca təqaüd alan 725963 şəxs var, onlardan 514 647 nəfəri qadın, 211 316 nəfəri kişidir.

Gürcüstanın Əmək, Sağlamlıq və Sosial Müdafiə nazirliyinin sosial xidmət agentliyindən verilən məlumata görə, 2016-cı ildə yaşca təqaüdçülərə  1 469 165 816  lari, cari ilin avqust ayı da daxil olmaqla 1 048 839 326 lari verilib. Hər ay ödənən məbləğin dəyəri təqribən 131 milyon təşkil edir.

Gürcüstanda hər vətəndaşa yaşa görə təqaüd 180 laridir, ancaq 2016-cı ilin 1 sentyabrından, “dağlıq regionların inkişafı haqqında” qanuna əsasən, dağlıq məntəqələrdə daim yaşayan təqaüdçülər hər ay əlavə olaraq təqaüdün 20%-i dəyərində, yəni cəm şəklində 216 lari alırlar.

Mənbə: ipn.ge

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register