Daxili İşlər Nazirliyi 35 akustik səs normasının pozulması faktına reaksiya göstərib

ses

Gürcüstan Daxili İşlər Nazirliyinin Patrul Polis Departamentinin əməkdaşları, Gürcüstan qanunvericiliyi ilə müəyyən edilmiş qaydaya əsasən, akustik səs normasının pozuntusu haqqında qəbul olunan çağırışlara uyğun cavab veriblər.

DİN-dən verilən məlumata görə, Gürcüstan administrativ qanun pozuntuları məcəlləsində yaşayış evləri və ictimai/dövlət müəssisələrinin ərazisində akustik səs normaları haqqında daxil olmuş dəyişikliklərin qüvvəyə minməsindən sonra, bütün ölkə miqyasında 35 çağırış qeydə alınıb.

DİN-in məlumatına görə, patrul polisi əməkdaşları 4 qanun pozan şəxsə, Gürcüstan administrativ hüquq pozuntusu məcəlləsinin 771-ci maddəsinin 1-ci bəndinə əsasən, xəbərdarlıq ediblər, digər hallarda – reaksiya ilə bağlı protokol tərtib ediblər, 2 çağırışın təşəbbüskarı isə hadisə yerinə getmiş patrul ekipajını qarşılamayıb.

Akustik səsin norması Gürcüstan hökuməti tərəfindən qəbul olunan texniki reqlamentlə müəyyən olunur.

Mənbə: ipn.ge

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register