Texno xəbər

TexnoXeber

   Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

“Facebook” sosial şəbəkəsi yayılan saxta xəbərlərlə mübarizə üsullarını gücləndirməyi planlaşdırır. “Facebook” məlumatların doğruluğunun yoxlanılması məqsədilə xəbərləri xüsusi faktyoxlama şirkətlərinə göndərəcək. Bundan sonra yoxlamanın nəticələri orijinal paylaşımın altında nümayiş etdiriləcək. Qeyd olunur ki, bununla əlaqədar sosial şəbəkə ABŞ, Almaniya və Fransa şirkətlərinə müraciət edib. Bu funksiya əvvəlcə adıçəkilən ölkələrdə və Niderlandda sınaqdan keçiriləcək.

1

“Google” korporasiyası səsli axtarış üçün 30 yeni dil əlavə edib. Səsli axtarışda yeni dillərin sırasına Azərbaycan, gürcü, erməni, hind, urdu və s. dillər daxil edilib. Hazırda “Google”un səsli axtarış sistemi 119 dili dəstəkləyir. Bundan əlavə, “Google” sisteminin ingilisdilli versiyasında istifadəçilər üçün səsli xidmət vasitəsilə emojiləri seçmək imkanı yaranıb. Qeyd edək ki, “Google” axtarış sistemində müxtəlif xalqların dillərinə xüsusi diqqət yetirilir. Süni intellekt mütəxəssisləri bu və ya digər dilin incəliklərini “öyrədirlər”.

2

Çinin “Lenovo Group” şirkətinə məxsus olan ABŞ-ın “Motorola Mobility” şirkəti özü bərpa olunan displeyə malik smartfonu patentləyib. ABŞ-ın “SlashGear” internet portalının məlumatına görə, aparatdan ayrılan istilik plastik və ya polimer şüşədən hazırlanmış displeydəki xırda cızıqları bərpa edə bilər. Jurnalistlər şirkət tərəfindən ixtira üçün alınmış patentin surətini ələ keçirməyə nail olublar. Yeni smartfon ekrandakı zədələnmənin xarakterini (kiçik çat və cızıq) özü müəyyənləşdirərək bu barədə istifadəçini xəbərdar edəcək. Şüşənin özünü bərpa etmə prosesi istifadəçinin komandası üzrə işə düşür. Smartfonun yaddaşında ekranın ilkin forması haqda informasiya saxlanılır. Aparata qurulmuş istilik elementi ekranda göstərilmiş sahəni isidir və zədələri bərpa edir. Lakin yeni texnologiya bütün zədələri (məsələn, tamamilə sınmış ekran) aradan qaldıra bilməyəcək.

151370187SP009_MOTOROLA_AND

“Google” şirkəti zəif internetə malik regionlarda tətbiq üçün nəzərdə tutulmuş “Search Lite” proqramının sınaqlarına başlayıb. Hələ ki, bu proqram yalnız İndoneziyada əlçatandır. “Search Lite” mobil proqramının funksional imkanları adi krossplatformalı proqramların imkanları ilə oxşardır. Məsələn, istifadəçilər axtarış sorğularını klaviaturadan və ya səslə daxil edə bilərlər. Tərcümə imkanları, “Google News” bölməsinə giriş, lokal informasiyanın göstərilməsi (hava proqnozu və sairə) nəzərdə tutulub. Dizayndakı fərqlər nəzərəçarpandır. “Search Lite” mobil proqramı iş prosesində az həcmdə trafik sərf edir. Bu, “Google” tərəfindən zəif internetə malik ölkələr üçün proqramın yüngül versiyasının istifadəyə verilməsi ilə bağlı ilk cəhd deyil. Ötən il Hindistanda məhdud internet çıxışa malik regionlar üçün nəzərdə tutulmuş “YouTube Go” mobil proqramı istifadəyə verilib.

4

“Facebook” özünün smartfonlar üçün mobil əlavəsinin dizaynında dəyişiklik etməyə hazırlaşır. Avatarların kənarlarının dairəvi formaya salınması, xidmətin daha sadə naviqasiya ilə təchiz edilməsi və ikonların ölçüsünün böyüdülməsi gözlənilir. Bundan başqa, çox güman ki, şərh hissəsi genişləndiriləcək və şərhlərdən hansının birbaşa statusa aid olduğunu, hansının isə digər ziyarətçinin şərhinə replika olduğunu müəyyən etmək asanlaşacaq. “Facebook” mobil əlavəsinin istifadəçiləri yenilənmiş dizaynla bir neçə gündən sonra tanış ola biləcəklər.

5

“Polaroid” şirkəti ucuz qiymətli seqmentə aid 3 yeni mobil cihazını təqdim edib. “Polaroid Cosmo K” və “K Plus” smartfonları 1,3 Hhs tezlikdə işləyən dördnüvəli birkristallı sistemlə təchiz edilib. Smartfonlar 1 Gb əməliyyat və 8 Gb əlavə yaddaşa, 2800 mA/saat həcmli eyni akkumulyatorlara malikdir. Hər iki halda 32 Gb həcmli microSD yaddaş kartı əlavə etmək imkanı da mövcuddur. Hər iki smartfonun kameraları 13 və 5 meqapiksel genişlənməyə malikdir. Onlar “Android 6.0 Marshmallow” əməliyyat sistemi ilə çalışır və komplektdə iki silikon örtükdən ibarətdir. Cihazların yeganə fərqi onların diaqonallarıdır. Belə ki, “Cosmo K” modelinin diaqonalı 5 düym, “K Plus” modelinin diaqonalı isə 5,5 düym təşkil edir. “Jet C7” planşetinə gəldikdə isə, bu cihaz 7 düym ölçülü displeyə, 1Hhs tezlikli dördnüvəli prosessora malikdir. Planşetin 1 Gb əməliyyat və 8 Gb flaş yaddaşı mövcuddur. Kamera 5 meqapiksel genişlənməyə malikdir, akkumulyatorun həcmi 2650 mA/saat təşkil edir. Bu cihazların qiymətləri açıqlanmır. İlkin olaraq cihazlar ancaq Meksikada satışa çıxarılacaq.

6

“Google”a məxsus “Waymo” şirkəti, qeyri-adi mərkəzi panel dizaynına sahib elektrik avtomobilinin patentini aldı. Məsələ burasındadır ki, sözügedən avtomobilin mərkəzi paneli nəinki adi cihaz panelinə bənzəmir, hətta sükandan belə məhrumdur. Bu halda sükanı, “Go” adlı düymə əvəz edir. Bununla yanaşı patentdə daha bir düymədən də söz gedir. Belə ki, istifadəçi nəyinsə yolunda getmədiyini görsə, o, avtomobili “Stop Now” düyməsi vasitəsilə dayandıra biləcək. Buna baxmayaraq patentdə sərnişinlərin həmin avtomobilə hansı istiqamətdə getmək lazım olduğunu necə söyləyəcəkləri barəsində heç bir məlumat verilməyib. Qeyd etmək lazımdır ki, “Go” düyməsi vasitəsilə avtomobil işə düşəcək, lakin “Stop Now” düyməsini klik etdikdə onun necə dayanacağı məlum deyil. Şirkət tərəfindən patentləşdirilmiş həmin istifadəçi paneli bir növ günümüzdə olan avtomobillərdəki panelləri xatırladır. Belə ki, yeni panel, qapıların və pəncərələrin açılıb-bağlanma, oturacaqların qızdırılması sistemini də özündə birləşdirir. Nəzərinizə çatdıraq ki, “Waymo”, pilotsuz avtomobil sahəsinə start verən ilk şirkətlərdən biridir.

7

ABŞ ordusunu cihazların ehtiyat batareyalarının meydana gətirdiyi yükdən qurtarmaq istəyən elm insanları, suyla təması halında yüksək miqdarda enerji istehsal edən bir toz inkişaf etdirdiklərini açıqladılar. Həyatımızın imtina edilməz bir parçası halına gələn smartfonlar və tablet kimi mobil cihazların son illərdə olduqca təsirli bir şəkildə istifadə edilməyə başlandığı sahələrdən biri də, silahlı qüvvələr yəni ordular oldu. Hərbi qulluqçuların işini olduqca asanlaşdıran bu mobil cihazlar ilə yaşanan ən böyük çətinlik isə, batareyası tükəndiyində rabitə kəsildiyi üçün ehtiyat batareya və ya güc qaynağı kimi əlavə cihazları daşımaq məcburiyyətində qalmalarıdır. ABŞ ordusunda vəzifəli mütəxəssislər, batareyaların meydana gətirdiyi yükü yüngülləşdirmək üçün reallaşdırdıqları tədqiqatlarda, istifadə etdikləri təcrübi vəsaitlərdən birisinin suyla təmas halında yüksək miqdarda enerji istehsal etdiyini müəyyən etdilər. Ubergizmo-ya görə ABŞ-ın Maryland əyalatində olan ABŞ Quru qüvvələri tədqiqat laboratoriyasında vəzifəli mütəxəssislər, nanogalvanik alüminium əsaslı bir tozu su ilə qarışdırdıqlarında, su üzərində qabarcıqlar meydana gəldiyini fərq edərək daha ətraflı bir tədqiqat etməyə başladılar. Mütəxəssislər ətraflı bir araşdırma nəticəsində meydana gələn reaksiyanın, suyun oksigen və hidrogen elementlərinin bir-birindən ayrılmasına səbəb olan bir hidrolizə nəticəsində olduğunu müəyyən etdilər. Az miqdarda su ilə qarışdırılan tozun oyuncaq bir tankı işlətməyi bacardığını ifadə edən mütəxəssislər, təxminən 1 kiloqramlıq bir toz ilə yalnız üç dəqiqə ərzində 220 kilovat enerji istehsal edilə biləcəyini hesabladıqlarını ifadə edirlər. Laboratoriyanın silah və vəsait tədqiqat direktorluğunu icra edən fizikaçı Anit Giri, bu inkişafın olduqca həyəcan verici olduğunu ancaq gündəlik həyatda istifadə edilməsinin hazırda mümkün olmadığını ifadə edir.

8

Müəllif: AMil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register