Gürcüstan məktəblərində tədris 15 sentyabr tarixində başlayacaq

news4

Gürcüstan məktəblərində tədris 15 sentyabr tarixində başlayır. “Ümumi təhsil haqqında” Gürcüstan qanununda yazılıb ki, “Gürcüstanın bütün ümumtəhsil müəssisələrində tədris ili 15 sentyabr tarixində başlayır. Əgər 15 sentyabr istirahət gününə təsadüf edərsə, tədris onun növbəti birinci iş günü başlayacaq”.

2017-ci il 15 sentyabr istirahət günü deyil, müvafiq olaraq, tədris həftənin cümə günü, 15 sentyabrda başlayacaq.

Gürcüstan Elm və Təhsil Nazirliyindən bildirilən məlumata görə, Gürcüstanda cəmi 2085 ictimai məktəb var. İndiki mərhələdə 13 kişik kontingentli ictimai məktəbin tikintisi gedir. Bunlardan, ilk mərhələdə tədris ili üçün 1 yeni ictimai məktəbin açılışı planlaşdırılır. 2017-ci ilin sonuna qədər isə 5 məktəbin tikintisi başa çatacaq.

Tədris və Elmi İnfrastruktur İnkişafı Agentliyinin məlumatına görə, indiki vəziyyətdə, 22 ictimai məktəbin reabilitasiyası başa çatıb. Reabilitasiya işləri 91 ictimai məktəbdə gedir.

Mənbə: ipn.ge

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register