Yeni tədris ilində dərsliklərin 60% yeni, 40% isə istifadə olunmuş olacaq

kitab

2017 tədris ilində məktəblərdə təmənnasız dərsliklərin 60% yeni, 40% isə istifadə olunmuş olacaq. Gürcüstan Elm və Təhsil Nazirliyindən verilən məlumata görə, pulsuz dərsliklərlə təmin etmə proqramı davam edir.

Təmənnasız dərslikləri bütün ictimai məktəblərin birdən on ikinci sinif şagirdlərinə qədər hamı əldə edəcək. Eləcə də, dərsliklər təmənnasız şəkildə özəl məktəblərin balı 70001-dən aşağı olan Axalqori və Abxaziya ərazilərində mövcud olan gürcü məktəblərinin sosial müdafiəsiz şagirdlərinə də veriləcək.

2017-ci tədris ili üçün 4 724 660 kitab, dəftər və testlər çap olunub. Faiz baxımından 60% yeni dərslik, 40% isə istifadə olunmuşdur.

Tədris və Elm İnfrastrukturun İnkişafı Agentliyindən verilən məlumata görə, hər bir şagird üçün ayrılmış dərsliklər paketində istifadə olunmuş və eləcə də yeni kitablar olacaq. Məktəblər şagirdlərə dərslikləri özləri paylayacaqlar.

Mənbə: ipn.ge

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register