Marneulidə “WORLD VİSİON GEORGİA”ın gəncləri üçün yaradılan kiçik layihə müsabiqəsinin qalibi elan olundu

usaid

   18 avqust tarixində Marneuli Mülki Məşğulluq mərkəzində “Marneuli Gənclər Mərkəzi”nin təşkilatçılığı ilə “Effektli və sabit qərarların qəbul edilməsi üçün gənc məktəbli qruplara dəstək” layihəsinin qalibi elan olundu. Layihə “WORLD VİSİON GEORGİA” tərəfindən, “AVROPA BİRLİYİ”nin maliyə dəstəyi ilə həyata keçirilir. Təqdim olunan 10 layihədən 5 qalib gəlib. Qalib gələn layihələr “erkən evlilik”, “intellektual yarış”, “media”, “tarixi yerlərə səyahət” və “ətraf mühitin mühavizəsi” mövzuları aidir. Layihənin koordinatoru Gülbən Əliyeva bildirdi ki, qalib gələn layihələrin bəziləri davamlı olacaq. Davamlı olan layihələrdən əsasən təlimçilərin yetişdirilməsi və ətraf mühitin mühavizəsində isə yaşılaşdırma və gənclər parkının yaradıması nəzərdə tutulub”.

Layihənin qalibləri Arzu Bayramova, Elnarə Bayramova, Zibeydə Əsgərova, Xəyyam isayev,  İsmayıl Əliyev, Zahid Şərifov və Eşqin Şəfərəyev çox sevinirdilər. Qalib gələn Arzu Bayramov və Xəyyam İsayav öz təsuratlarını bizimlə bölüşdülər.

Onu da əlavə edək ki, layihə 2016-cı ildən başlayıb və 2018-ci ildə başa çatacaq.

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register