“Tarixdə İlk Dəfə” rublikası – “PRINTER” haqqında

tarixde ilk defe

  “Tarixdə İlk Dəfə” rublikası. Rublikanın bu həftə ki, mövzusu verilən yazıları, şəkiləri və s. istifadə etdiymiz texnologiya olan “PRİNTER” haqqındadır.

Printer – printer kompüterin xarici qurğularından biridir. Verilən məlumatı (yazı, şəkil və s.) çap etmək üçündür. Kompüter üçün ilk printer 19-cu əsrdə Çarl Bebbic tərəfindən yaradılmış “Fərqlər Aparatı”() üçün yaradılıb. Hal hazırda printerlərdən geniş istifadə olunur. Müasir İBM tipli kompüterlərə printerlər əsasən LPT (Line Printer Terminal) və ya USB () portu vasitəsi ilə qoşulur. LPT portu vasitəsi ilə 50Kbit/san sürətlə məlumat ötürülə bilir. Lakin USB portu 12Mbit/san sürətlə məlumat ötürə bilir. Bu baxımdan USB portu ilə qoşulan printer daha tez məlumat alıb-ötürə bilir. Bunlardan başqa hal-hazırda şəbəkə vasitəsi ilə də printerləri qoşmaq mümkündür. Bir kompüterə qoşulan printer şəbəkədə olan digər kompüterlərdən alınan məlumatı çap edə bilər.

Printerlərin işləmə prinspilərinə və tətbiq sahələrinə görə bir neçə növləri vardır:

İlk matris tipli zərbəli printer – 1964-cü ildə “Seiko Epson” şirkətində matris tipli çap texnologiyası yaradılmışdır. Lakin “Model 101” adlı ilk matris tipli zərbəli printer 1970-ci ildə “Centronics Data Computer” şirkətində istehsal edilmişdir. Bu printerdə çap zamanı 7 iynədən istifadə edilirdi (hər simvol 5х7 nöqtədən ibarət idi) və o, dəqiqədə 165 simvol çap edirdi. Fərdi istifadə üçün nəzərdə tutulmuş ilk printer isə 1983-cü ildə “C.ltoh Electonics” şirkətinin istehsal etdiyi Image Writer adlı printer olmuşdur.

Barabanlı printerlər (Drum Printer) – 1953-cü ildə Remington Rand şirkəti tərəfindən UNİVAC kompüterləri üçün yaradılmışdır. Bu printerdə çap baraban vasitəsi ilə həyata keçirilir. Məlumat ötürüldükdən sonra printer sətri “götürür” və sətrdə simvolları ardıcıl olaraq düzür. Yəni üzərində simvolların təsvir olunan kiçik çəkicciklər sıra ilə barabanın ətrafında, sətrimizə uyğun düzülür. Sonra həmin düzülmüş simvollar ardıcıllığı – sətr kiçik çəkicciklər vasitəsi ilə kağızın üzərinə vurulur, çəkicciklərin üzərində olan mürəkkəb kağızın üzərinə keçir. Bu proses sətrlər qurtarana kimi davam edir. Hal hazırda bu tip printerlər istifadə olunmur.

Çiçəkli printerlər(daisywheel printer) – bu növ printerlər iş prinsipinə görə barabanlı printerlərə oxşayır. Burada simvollar kiçik ləçəklər üzərində yerləşdirilib. Çap edərkən ləçək fırlanıb lazımlı simvol seçilir və kağız üzərinə vurulur. Lakin bu tip printerlər barabanlı printerlərlə müqayisədə daha gec işləyirdi.

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register