Marneuli bazarı “One Caucasus”-arxitektorlarının ilham mənbəyi olub

one caucasuse

”One Caucasus“ festivalı yaxınlaşır. 18 ölkədən 30 könüllü artıq aktiv olaraq iki həftə ərzində müxtəlif istiqamətlərdə çalışır. Istiqamətlərdən biri konstruksiyadır ki, 7 arxitektor çalışır və onlar festival şəhərini yaratmağa cəhd göstərirlər. Şəhərdə filmə baxmaq, sərgilər keçirmək və uşaqların əylənməsi mümkün olacaq. Festivalın könüllüsü və arxitektor Demin Akubovskinin sözlərinə görə, tədris sahəsinin yaranması zamanı onların əsas ilhamı Marneuli bazarı olub və məhz buna görə də bu sahə labirintə oxşar olacaq.

“Bu labirint kimi olacaq. Ona görə də biz marneuli bazarına getdik və orada itmək çox asandır və biz düşündük ki, orada nə hiss etdiyimizi göstərək və eyni zamanda göstərək ki, uşaqlar sərgini nəzərdən keçirən zaman darıxmasınlar və labirintin vasitəsilə əylənərlər”.

Hal-hazırda könüllülər və arxitektorlar məlumat mərkəzi tikirlər ki, festivalın qonaqları müxtəlif məlumatlar əldə etsinlər.

“İndi biz qonaqlarımız üçün məlumat nöqtəsi düzəldirik. Ilk əvvəl başqa ideyamız var idi ki, Gürcüstan, Azərbaycan və  Ermnistanı birləşdirən işarə düzəldək, amma təəssüf ki, bu ideyanı həyata keçirmək üçün yetərli zamanımız olmadı. Indi isə çalışırıq ki, daha asan dizayn yaradaq ki, dediyim kimi zamanımız məhduddur”.

Keçən illərdə olduğu kimi bu il də festivalda iki səhnə fəaliyyətdə olacaq. Tserakvinin ictimai məktəbinin ətrafında yerləşən sahədə əsas səhnə olacaq və kiçik səhnə məktəbin həyətində qurulacaq.

Radio Marneuli

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register