“Kənd tikməyə nə var ki?” – One Caucasus-un Azərbaycandan arxitektoru Uğur Qiyas

ugur giasi

 35 yaşlı arxitektor-bərpaçı Uğur Qiyas  Azərbaycandan, Vahid Qafqaz festivalında, Tserakvidə kiçik şəhərciyi artıq üçüncü dəfədir qurur. Könüllülərlər bərabər o, uşaq sahələrini, film nümayişi üçün sahə və 4 gün ərzində musiqiçilərin ifa edəcəyi səhnəni planlaşdırıb. Bunların hamısı kənd məktəbinin ətrafında baş verir. Ərazidə çəkic səsi eşidilir. Könüllülər ağac kötüklərini tikinti üçün daşıyırlar. 2014-cü ilin birinci One Caucasus-un keçirilməsi zamanı o, kiçik şəhərciyi qurarkən qarşılaşdığı çətinlikləri xatırlayır.

“Mənim Vahid Qafqaz sahəsində festival keçirilməsi ideyası çox xoşuma gəldi. Azərbaycandan, Ermənistandan və Gürcüstandan gənclər bir-biri ilə münasibət qura biləcəklər. Birinci il olduqca çətin idi: Maliyyə bizə yetərli deyildi, ideyaların həyata keçirilməsi üçün materialımız yox idi. Amma elə yaxşı ideyadır ki, mən artıq üçüncü dəfədir ki, buradayam. Bugün artıq az-çox işimiz asanlaşıb.”

Uğur 12 ildir arxitektor-bərpaçı olaraq çalışır. Onun dediyinə görə heçnədən və belə qısa müddətə nəisə tikmək çox maraqlı təcrübə idi.

“Birinci festivalda mən arxitektorlardan biri idim. Könüllülərə alətlərlə işləmək öyrədirdim ki, nədən necə istifadə etsinlər. Bugün 5 arxitektorumuz var və artıq problemlər də azdır.Həm də təcrübəmiz imkan verir ki, daha operativ çalışaq”.

Arxitektor Uğur deyir ki, keçən ilki festivalda azərbaycandan könüllülər daha çox idi. Elə gənclər ki, erməniləri heç vaxt görməyiblər.

“Könüllülər məndən soruşurdular ki, erməni könüllülərə necə qoşuluruq. Mən deyirdim: ünsiyyət qurun, sadəcə hər şey haqqında çoxlu danışın. Konflikt mövzularına toxunmayın. Bir müddət sonra onlar yaxşı dost olurdular. Nə qədər belə çox adamlar bura gəlsə bu layihə özünü daha da doğruldacaq”.

Uğur izah edir ki, birinci festivalda yalnız 4-5 çadır qurulmuşdu. Keçən il əllidən çox idi. Bu deməkdir ki, festival daha tanınır və daha çox adam müxtəlif yerlərdən orada iştirak etmək istəyir. Onun üçün bu festival sevgi və ya qismət də adlana bilər. 2016-cı ildə o, festivalda polşalı könüllü qızla tanış olub ki, bu gün onun sevgilisidir.

“Mən Karolinanı tanıdım. Yarı polyakdır yarı isə yəhudi. Bilmirəm, bilmirəm bunların hamısı necə başladı. Bugündə danışırıq ki, münasibətimiz necə və ya haradan başladı ancaq məqamı tuta bilmirik. Bugün biz birlikdəyik və İstanbulda yaşayırıq”.

Uğur Azərbaycanın Mədəniyyət Nazirliyində fəaliyyət göstərən bərpa institutunda çalışırmış. İki YUNESKO layihəsində iştirak edib. Tarixi irsin arxeoloji abidələrindən Yuneskonun siyahısına Bakının qədim şəhəri və Qobustan daxildir. Eləcə də bərpaçı kimi Uğurun Bakıda 20 əl işi var.

Radio Marneuli

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register