Xakkerlərin hücumu nəticəsində “ExpressNews” agentliyinin faylları məhv olub

xakker

“ExpressNews “un baş redaksiyasının və təsisçi İrakli Manaqadzenin bəyənatına görə, əbər agentliyinin veb-səhifəsində qeyri-qanuni hücum həyata keçirilib. Nəticədə isə backup və bütün fayllar məhv olub. Müvafiq olaraq, indiki mərhələdə “ExpressNews “un veb-səhifəsi mövcud deyil.

Təsisçinin bildirdiyinə görə, servis təminatçısı olan kompaniya cavabdehlidən imtina edib və qeyd edib ki, baza silinib və ExpressNews -u belə hücumlardan mühafizə edə bilməyəcəklər.

Onun məlumatına görə, mütəxəssislər səhifənin, foto və mətn arxivinin bərpası üçün çalışırlar. ExpressNews -un redaksiyası bugün Gürcüstan Daxili İşlər Nazirliyinə şikayət daxil edəcək. Onlar ümid edirlər ki, tezliklə hadisəni kimin və hansı məqsədlə törətdiyi məlum olacaq.

 

Mənbə: Netgazeti.ge

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register