Texno xəbər
Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.
Sosial şəbəkələr öz bizneslərini istifadəçi məlumatları üzərində qururlar. Bununla belə istifadəçilər bundan xeyir götürmürlər. Bunun alternativ variantını “Etherium” blokçeyn (blockchain) platforması əsasında qurulmuş “Indorse” adlı sosial şəbəkə təqdim edir. Bu sosial şəbəkə öz istifadəçilərinə hər paylaşıma görə xallar verməyə hazırlaşır. Həmin xallar vasitəsilə isə kriptovalyuta qazanmaq mümkündür. “Indorse”un məqsədi “Facebook” ilə rəqabətə girmək deyil. Belə ki, o, “LinkedIn”nin yeni versiyası olmağa çalışır. Beləliklə, istifadəçilər bu sosial şəbəkədə xallara görə öz professional bacarıqlarını paylaşacaqlar. Yeni sosial şəbəkə, “Etherium” blokçeyn platforması üzərində qurulur. İstifadəçilər “Indorse Rewards” adlı bonuslar və “Indorse Score” adlı reytinqlər əldə edəcəklər. Reytinqi digər istifadəçilərin dəstəyi sayəsində yüksəltmək mümkün olacaq. İstifadəçi nə qədər çox saytdan istifadə etsə və orda paylaşım yerləşdirsə, bir o qədər də xal əldə edəcək. Məlumatlarla bağlı olacaq bütün əməliyyatlar və bonuslar “Etherium” sistemində qeydiyyatda olacaq. Kriptovalyutaya isə istifadəçi tərəfindən yığılmış xallar deyil, reklamverənlər tərəfindən təqdim olunacaq rəqəmsal tokenlər çevriləcək.
Çində rəsmi olaraq ilk internet-məhkəmə açılıb. İlk internet-məhkəmənin rəsmi açılış mərasimində ölkənin yüksək rütbəli rəsmi şəxsləri iştirak ediblər. Məhkəmə elektron ticarətdə dələduzluq, elektron qaydada bağlanmış iş müqavilələri, internetdə müəlliflik hüquqlarının pozulması və s. bu kimi məsələlərlə bağlı işlərə baxacaq.
“Facebook” sosial şəbəkəsində axın şəklində videonun translyasiyası zamanı görünən yeni reklam növü tətbiq olunacaq. Bu barədə şirkətin nümayəndələri məlumat veriblər. Statistikaya görə, istifadəçilərin 70 faizi reklam çarxlarına 15 saniyə, videolara isə sona kimi baxırlar. Bu məqsədlə “Facebook”da reklamlarda videolar tətbiq olunacaq. Beləliklə, sosial şəbəkədə reklamın səmərəliliyi artırılacaq.
“Instagram”ın son yenilənməsində şərhlərə və onlara aid cavablara foto ilə video əlavə etmək funksiyası gəlib. Bir neçə gün öncə “Instagram” şərhlər bölməsinin təsvirini dəyişmişdi. Yenilənmiş şərh bölməsi çox rahat şəkildə reallaşdırılıb. Bundan sonra kimsə sizin şərhinizə cavab versə, həmin cavab bildiriş siyahısına deyil, ismarıclar bölməsinə bərkidilir. Bundan başqa, şərhlərə cavab olaraq foto və video da əlavə etmək imkanı var. Həmçinin, istifadəçilər bundan sonra “Direct”də hər hansısa bir ismarıcı digər insanlara göndərə bilərlər: “Bundan sonra sizin cavabınız avtomatik olaraq təsvirləri özündə birləşdirəcək. Sadəcə olaraq cavablandırmaq düyməsinə klik edərək kameraya daxil olun və selfi çəkərək onu ismarışınıza birləşdirin”, – deyə “Instagram”ın rəsmi bloqunda qeyd olunub. Daha bir yenilik isə ondan ibarətdir ki, istifadəçilər bundan sonra öz fotolarını müxtəlif təsvirlərlə birləşdirə, onlara effektlər əlavə edə biləcəklər. “Instagram”a gələn bu yeniliklər həm Android, həmdə iOS sistemləri üçün aktivdir.
“Nokia” brendi altında smartfon istehsal etmək hüququna malik olan “HMD Global” yeni “Nokia 8” flaqman smartfonunu təqdim edib. Smartfon metal korpusa malikdir. Cihaz 5,3 ölçülü, 2560*1440 piksel genişlənməyə malik İPS displey, “Corning Gorilla Glass 5” müdafiə şüşəsi ilə təchiz olunub və “Qualcomm Snapdragon 835” prosessorunun bazasında çalışır. Əməliyyat yaddaşı 4 GB, əlavə yaddaş 64 GB-dir. 256 GB həcmli microSD formatlı yaddaş kartı da var. İkili əsas kamera 13 meqapikselli optik stabilləşməyə malik rəngli sensora və 13 meqapikselli monoxrom sensora malikdir. Bu kamera mərhələli avtofokus, İK-uzaqölçən (“dalnomer”) və ikirəngli işıqlandırma (“vspışka”) ilə təchiz edilib. Frontal kameranın genişlənməsi də 13 meqapiksel təşkil edir. Cihazı fərqləndirən cəhətlərdən biri eyni anda iki kamera ilə video çəkiliş edilərək “Facebook” və ya “YouTube”da yayımlamağın mümkün olmasıdır. Həmçinin, şirkətdən qeyd ediblər ki, “Nokia 8” “Zeiss” optikalı ilk “Android”-smartfondur. Cihaz “Android 7.1.1 Nougat” ilə işləyir, 2 SİM kart slotuna malikdir və tez doldurulma texnologiyasını dəstəkləyən 3090 mA/saat həcmli akkumulyatorla təchiz edilib. Belə cihazlar barmaq izlərinin skanerinə də malikdir və qulaqcıqlar üçün 3,5 mm həcmlində dəliyi də mövcuddur. Cihazın ölçüsü 151,5*73,7*7,9 mm, çəkisi isə 160 qram təşkil edir. Avqustun 17-dən artıq yeni “Nokia 8” flaqmanına sifarişlər başlayıb. “Nokia 8” parlaq mis, parlaq göy, parıltısız (“matovıy”) göy və parıltısız polad rənglərində hazırlanıb. Qiyməti isə 599 avro təşkil edəcək.
“WhatsApp” istifadəçilərini yeni funksiyaları ilə sevindirməyə davam edir. Artıq bu şəbəkə istifadəçiləri bir-birilərinə pul göndərə biləcəklər. Məlumata əsasən həmin funksiya test edilir. Sınaq müddətindən sonra texniki problem yaşanmazsa, yaxın vaxtlarda bu funksiya istifadəyə veriləcək.
“Polaroid” şirkəti smartfon bazarında yenidən dönüş etməyi planlaşdırır. Yaxın zamanlarda şirkət iki yeni android smartfonunu və bir tabletini bazara təqdim edəcək. Fotoşəkilləri bir anda çap edən fotokameraları ilə daha çox tanınan “Polaroid”in smartfon istehsal etməsi təəcüblə qarşılanıb. Ancaq qeyd edək ki, bu iki cihaz “Polaroid” tərəfindən çıxarılan ilk smartfon deyil.
Vatsap şəbəkəsi fəaliyyət sahəsini genişləndirməyə davam edir. Artıq vatsapda 100 mb limit ölçüsündə istənilən formatda fayl (foto,video,doc) göndərmək olar. Bu funksiya həm iOS, həm də Android sistemli smartfonlarda aktivləşdirilib. Göndərilən faylların keyfiyyət dərəcəsinin itməsi və orijinal ölçülərinin kiçilməsindən şikayət edən şəbəkə istifadəçilərini sevindirən şəbəkə rəhbərliyi qarşıda bir çox yeni funksiyaların da istifadəyə veriləcəyini bildirib. Yeni tətbiqlərin sınaq müddəti davam edir. Sistemdə heç bir texniki problem yaşanmazsa, tezliklə bir neçə yeni funksiya da istifadəçilərin xidmətinə veriləcək.
Lal-kar insanlar tərəfindən istifadə edilən jest dili bir çatışmazlığa malikdir ki, eşidən insanlar bu dili bilmirlər. Mühəndislər onlarla ünsiyyəti asanlaşdırmaq üçün “ağıllı” əlcək hazırlayıblar. Kaliforniya Universitetinin alimləri tərəfindən hazırlanmış “Smart Glove” əl jestlərini tanıyaraq onları mətnə çevirir. Əlcək 9 elastik datçikə malikdir və baş barmaqdan başqa hər bir barmağa iki datçik birləşdirilib. Sensorlar biləkdə yerləşdirilmiş sistem lövhəsinə qoşulub. Sözügedən sistem lövhəsi jest dilinin hərfinə uyğun gələn barmaqların vəziyyətini tanıyaraq latın əlifbası hərfini generasiya edir. Jestlər doqquzrəqəmli (datçiklərin sayına görə) kodla kodlaşdırılır, hər bir rəqəm müvafiq barmağın yerləşmə vəziyyətindən asılı olaraq 1 və ya 0 qiymətini ala bilər. Yekun qiymət konkret bir hərfə uyğun gəlir. Sözügedən əlcək eyni jestləri fərqləndirmək üçün akselerometr və təzyiq datçiki ilə təchiz edilib. Bundan sonra sistem kodları hərflərə çevirir və onları kompüterin ekranında göstərmək üçün “Bluetooth” vasitəsilə göndərir.
Müəllif: Amil Məmmədov
Amil Məmmədov2286 Posts
0 Comments