Müxalifət Konstitusional dəyişikliklərlə bağlı idarəçi komandaya iki tələb göndərib
Konstitusional dəyişikliklərlə bağlı müxalifət bu gün bir daha öz tələblərini idarəçi komandaya göndəriblər.
“Milli Hərəkat”ın üzvü Nika Ruruanın verdiyi məlumata görə, müxalifət seçki sistemi və Prezidentin seçilmə qaydası ilə bağlı “iki kəskin tələbi” – idarəçi komandaya bu gün elektron şəkildə göndəriblər.
“Bugündə idarəçi komandadan dəfələrlə elektron və yazılı şəkildə tələb etdiyimizi edirik. Aydın deyil, bizim tələblərimizin bir daha göndərilməsini niyə istəyirlər, amma bəxtləri gətirib, əgər orta çətinlikdə Konstitusiya dəyişikliklərini başa düşmürlərsə, asanlaşdırarıq, hecalayarıq və bu gün iki kəskin tələbi göndərərik.
İlk növbədə, tələb edirik ki, 2020-ci ildə, özlərinin də dedikləri kimi ümumilikdə proporsial sistemə keçək və ikinci tələb odur ki, Prezident institutundan əl çəksinlər – Prezidenti xalq seçməlidir hansısa seçicilər deyil”, – bildirir Nika Rurua.
Məlum olduğu kimi, bir neçə gün əvvəl idarəçi komanda və müxalifət partiyaları arasında Konstitusional reforma məsələsi haqqında görüş baş tutub və görüşdə çoxluq üzvləri müxalifətə şəxsi tələblərini yazılı olaraq göndərmələrini bildiriblər.
Mənbə: ipn.ge
marneulifm1106 Posts
0 Comments