Gürcü qısametrajlı filmi – “8 dəqiqə”nin “Oskar” da nümayiş olunması hüququnu qazanıblar
Gürcü qısametrajlı film “8 dəqiqə” Manhettenin qısametrajlı filmlərinin beynəlxalq müsabiqəsinin final mərhələsində, 10 seçilmiş film arasına düşüb. Bu isə deməkdir ki, filmin müəllifi onu 2018-ci ildə “Oskar”a təqdim etmək hüququ qazanıb.
“8 dəqiqə” 28 sentyabrdan 8 oktyabra qədər, 1 həftə ərzində müxtəlif ölkələrin 250 kinoteatrında nümayiş etdiriblər. Eləcə də Oskar mükafatlandırmasına qədər bir həftə ərzində film Los-Anjelesdə bağlı göstərişlərdə nümayiş olunacaq. Manhetten kino festivalında qalib gələnləri səs vermə nəticəsində 5 kateqoriyada elan edəcəklər.
Filmin rejissoru Qeqa Xmaladzedir. Filmin baş qəhrəmanları başa düşürlər ki, 8 dəqiqəyə günəş yox olur və sonra filmdə təsvir edilir ki, onlar növbəti 8 dəqiqə ərzində nə edirlər. Film “Sibler Films”-in ilk layihəsidir.
Mənbə: Netgazeti.ge
marneulifm1106 Posts
0 Comments