Seçkilərdən 2 ay əvvəl, 7 kənddə yol bərpası haqqında məlumat yayılıb

marneuli

Sadaxlı kəndində daxili yolların  bərpası işi gedir. Bunun üçün yerli büdcədən ilkin mərhələdə 329 642 lari ayrılıb. Layihəyə əsasən, Sadaxlıda 3 hissədə qazın bərpası işləri həyata keçiriləcək. İcra başçısının vəzifəsini yerinə yetirən şəxs Zaur Tabatadze Radio Marneuliyə söhbət zamanı bildirdi ki, ikinci mərhələdə həyata keçirmək üçün büdcədən artıq   240 000 lari dəyərində məbləğ ayrılıb.

“İşlər MMC Qtsia aparır. Bundan əlavə biz 240 000 lari ayırmışıq. Layihənin davamı üçün yenə layihəmiz var. İndi davam edən layihənin həmin hissəsi başa çatacaq”.

İcra başçısının vəzifəsini yerinə yetirən şəxsin dediyinə görə, bərpa işlərinin ilk hissəsi təqribən iki həftəyə, ikinci hissəsi isə bir aya başa çatacaq.

“Sadaxlı kəndində daxili yolların bərpası üçün təqribən 6 min lari sərf olunur. ilk mərhələ bir həftəyə tamamilə isə bir aya işlər başa çatacaq”.

Marneuli Munisipolitetinin Facebook səhifəsində, 15 Avqustdan 18 avqusta qədər olan dövrdə yerləşdirilmiş paylaşımlarda oxuyuruq ki, bələdiyyənin daha 6 kəndində, Norgüldə, Şaumianda, Bəylərdə, Kəpənəkçi və I və  II Kosalıda yolun bərpası işləri ya başlayıb ya da artıq başa çatıb. Ümumi hesabda isə yerli büdcədən yuxarıda qeyd olunan kəndlərin yolunun bərpası üçün 717 291 lari ayrılıb.

Müəllif: Amil Məmmədov

 

 

 

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register