Tualet olmadığına görə hindistanlı qadına ərindən boşanmağa icazə verilib

news4

Hindistanda bir qadına evdə tualet tikmədiyinə görə ərindən boşanmağa icazə verilib.

20 yaşlarında olan qadın ərdə olduğu beş il ərzində ayaqyoluna getmək üçün çölə çıxmalı olub.

Hindistan qanunları yalnız ailədə zorakılıq və ya sübut edilmiş qəddarlıq kimi məhdud hallarda boşanmağa imkan verir.

Qadının vəkili AFP xəbər agentliyinə bildirib ki, hakim açıq yerdə ayaqyoluna getmək məcburiyyətini işgəncə ilə müqayisə edib.

Racastan ştatının məhkəməsi bildirib ki, qadınlar ayaqyoluna çöldə getmək üçün çox vaxt havanın qaralmasını gözləməyə məcbur olur.

Times of India nəşrinin yazdığına görə, məhkəmənin qərarında deyilib ki, “ayaqyoluna getmək üçün havanın qaralmasını gözləmək qəddarlıqla yanaşı, qadınları abır-həyadan salmağa bərabərdir”.

Hindistan mətbuatının bildirdiyinə görə, sözügedən qadın boşanma ərizəsini 2015-ci ildə yazıb.

Ölkənin kənd ərazilərində ayaqyoluna çöldə getmək vərdişi geniş yayılıb.

Hökümət, 2019-cu ilə qədər hər bir ailəni ev tualeti ilə təmin etmək məqsədi qoyub.

BMT-nin Uşaq Fondu UNICEF-in bildirdiyinə görə, Hindistan əhalisinin təxminən yarısı tualetlərdən istifadə etmir.

məmbə: BBC
 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register