Borjomidə yanğının üçüncü günü: İki helikopterlə səhər çalışmalar yenilənib

news4

Borjomidə yanğını söndürmək yenidən mümkün olmayıb – helikopterlərlə çalışmalar 22 avqust tarixində səhər saat 06:30-da yenilənib, çünki bütün gecə ərzində güclü duman və külək olduğu üçün uçuşları həyata keçirmək mümkün olmayıb.

İnfrastruktur naziri Zurab Alavidzenin dediyinə görə, yanğının indi iki yayılma istiqamət var: Dzğveri və Borjomi istiqamətində. Onun dediyinə görə, əhalinin məskunlaşdığı ərazidə indi təhlükə yoxdur.

Hal-hazırda yanğını söndürməyə Gürcüstan və Azərbaycandan bir helikopter çalışır, onlara Gürcüstanın sərhəd polisinin daha bir helikopteri qoşulacaq. Alavadzenin sözlərinə görə, Türkiyədən artıq iki helikopter uçub və Batumidə çəni doldurub təxminən gündüz saat 3-də Borjomi munisipolitetində olacaqlar.

Mənbə: Netgazeti.ge

 

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register