Meşə Agentliyinin rəhbərinin sözlərinə görə Dabada artıq 12 hektardan çox ərazi yanıb

news

Milli Meşə Agentliyinin rəhbəri, Tornike Gvazava deyir ki, indiyə kimi Daba kəndində artıq 12 hektardan çox ərazi yanıb. Gvazavanın sözlərinə görə, intensiv yardım işləri davam edir. Küləyə görə konkret nöqtələrdə alovlanma yenə baş verir, ancaq yanğınsöndürənlər onları tez söndürə bilirlər.

Daba kəndinin meşəsində yanğının söndürülməsi üçün Gürcüstan və Azərbaycandan 2 helikopter çalışır, Onlara Türkiyədən də bir helikopter qoşulacaq. Yanğını söndürmək üçün Borjomidə artıq üç gündür çalışmalar gedir.

Mənbə: Netgazeti.ge

 

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register