Texno xəbər

TexnoXeber

   Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

Dünyanın ən məşhur mesajlaşma şəbəkəsi olan “WhatsApp” maraqlı yenilik edib. Yenilik “WhatsApp”ın kompüter versiyası olan “WhatsApp Web” ilə bağlıdır. Belə ki, bu yenilik sayəsində artıq kompüterdə də kontaktınızda olan şəxslərin statuslarını görmək, video və şəkilli status yükləmək mümkün olacaq.

1

ABŞ-da “Android” sistemi ilə işləyən smartfonların sahibləri “Google Chrome” brauzerinin yeni versiyasında axtarış nəticələrində videoların önbaxışının avtomatik, amma səssiz göstərilməsinin şahidi olublar. Hazırda sözügedən yenilik yalnız ingilis dilli çarxları dəstəkləyir və ABŞ ərazisində işləyir. Ancaq yaxın gələcəkdə bütün dünyada əlçatan olacaq. Həmçinin “iOS” sistemi ilə işləyən cihazlarda videoların önbaxışını görmək mümkün olacaq. Qeyd etmək lazımdır ki, yeni funksiya yalnız “Wi-Fi” moduluna qoşulma zamanı işləyəcək ki, istifadəçinin internet trafiki boş yerə sərf olunmasın. Həmçinin sazlamalardan videoların avtomatik göstərilməsini deaktiv etmək olar.

2

“Facebook” dizaynerləri sosial şəbəkənin vizual olaraq daha yaxşı görünməsi və istifadəçilər tərəfindən yaxşı qarşılanması üçün xəbər lentini yeniləmək qərarına gəliblər. 2 milyarda yaxın istifadəçisi olan sosial şəbəkənin dizaynı üzərində mütəmadi olaraq təcrübə aparılır. Ancaq bu dəyişikliklər “Facebook” istifadəçiləri tərəfindən çox vaxt mənfi qiymətləndirilir. Son olaraq tərtibatçılar parlaqlığı və mətnin şriftini yaxşılaşdıran yenilənmə aparıblar. Bu, istifadəçilərin xəbərləri daha asanlıqla oxumasına və gözlərinin daha gec yorulmasına şərait yaradacaq. Təkcə mətn deyil, “like” hissəsi də böyüdülüb. İstifadəçilərin gözlədikləri əsas yenilənmələrdən biri isə profil fotolarının görünüşüdür. Bundan sonra onlar dairəvi olacaq.

3

“YouTube” xidməti yeni “Təcili xəbərlər” bölməsini istifadəyə verib. Yeni bölmə istifadəçi marağını artırmağa yönəlib. Belə ki, bir çox istifadəçi üçün bu gün “YouTube” bir videodan digər videoya keçmək üçün platformaya çevrilib. Lakin digər platformalarla müqayisədə “YouTube”un xəbər lenti daha mürəkkəb hala gəlib. “Təcili xəbərlər” xidmətə maraqlı əlavə olacaq. “YouTube” böyüdükcə, onun kontentinin mənbəyi tanınmış bloqerlər olur. Bundan başqa, böyük miqdarda müəllif şərhləri olan kontentlər xüsusi populyarlıq əldə edib. “YouTube” xidmətinin baş direktoru Süzan Voyçitski bildirib ki, 2017-ci ilin iyun ayında saytda rekord qeydə alınıb. Mobil telefonlardan 60 dəqiqə ərzində 1,5 milyard saat video izlənib.

4

Rusiyada sovet dövründə məşhurlaşmış “Zenit” fotoaparatlarının istehsalı bərpa ediləcək. Yenilənmiş rəqəmsal “Zenit” fotokameraları 2018-ci ildə bazara çıxarılacaq. Bunu Rusiyanın Zverev adına Krasnoqorsk Mexaniki Zavodunun baş direktor müavini İqor Sergeyev Moskva vilayətində yayımlanan “Radio 1”in efirində deyib. O bildirib ki, zavod optik hissənin istehsalı ilə məşğul olacaq, elektronika isə xaricdən gətiriləcək. İ. Sergeyev fototexnika istehsalı üzrə aparıcı şirkətlərdən biri ilə işbirliyi quracaqlarını söyləyib. Yeni “Zenit” təmiz dəri və digər yüksək keyfiyyətli materiallardan istifadə edilməklə hazırlanacaq. Cihazın qiyməti isə yaxşı smartfondan bir qədər baha olacaq. İ. Sergeyev onu da əlavə edib ki, zavod tanınmış fototexnika istehsalçıları ilə rəqabət aparmaq niyyətində deyil.

5

“Microsoft” şirkəti danışığın tanınması sisteminin işindəki səhvləri 5,1 faizədək azaldıb. Bu, yeni rekorddur, əvvəlki göstərici 5,9 faizə bərabər idi. Ötən illə müqayisədə danışığın tanınması sisteminin işində dəqiqlik 12 faiz yaxşılaşıb. Bu, akustik və dil modellərinə əsaslanan neyron şəbəkələrində dəyişikliklər nəticəsində mümkün olub. İndi sistem növbəti söz və ifadəni öncədən söyləmək üçün bütün söhbətin məzmunundan istifadə edir. “Yeni texnologiya danışığı peşəkar transkribatorlar (audi və videomaterialların mətnə tərcümə edən şəxslər) kimi tanıyır”, – deyə şirkətin bloqunda bildirilir. “Microsoft Artificial Intelligence” bölməsinin mütəxəssisləri yoxlamalar üçün “Switchboard” yazılarından istifadə ediblər. Bu, naməlum insanlar arasında müxtəlif mövzular üzrə 2400 telefon danışığından ibarət kolleksiyadır. “Microsoft”un danışığın tanınması sistemi “Cortana”, “Presentation Translator” və “Cognitive Services” kimi servislərin işində tətbiq olunur.

6

“Microsoft”un mütəxəssisləri “Skype” xidmətinin fərdi kompüterlər üçün beta versiyası üzərində sınaqlara başlayıblar. Bu barədə korporasiyanın rəsmi bloqunda məlumat yayılıb. “Skype” servisinin yeni masaüstü versiyasında əvvəllər yalnız messencerin mobil versiyasında mövcud olan funksiyalar istifadəyə verilib. Bundan başqa, proqramın dizaynı üzərində də xeyli iş görülüb. İndi, məsələn, sadəcə “@” simvolu vasitəsilə istifadəçilərin adını sadalamaqla konfranslarda onları xatırlamaq olar. Bu özəllik əvvəllər yalnız “Skype” xidmətinin “iOS” və “Android” mobil əməliyyat sistemlərində əlçatan idi. Yeni masaüstü “Skype” servisi dəyişilmiş bildirişlər paneli, həmçinin qalereya (indi mesajlarda göndərilmiş sənəd, istinad və media faylları asanlıqla tapmaq mümkündür) əldə edib. Daha bir yenilik qrup zəngləri ilə bağlıdır. İndi sadə manipulyasiyaların köməyilə reaksiyalarla mübadilə etmək mümkündür. Yeni “Skype”ın ilkin versiyası hələ ki yalnız “Skype Insider” proqramının iştirakçılarına əlçatandır, ancaq tezliklə hamı yeni messenceri yükləyə biləcək.

7

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register