Sereteli kəndində yay məktəbi sabah açılacaq

mekteb-1

Sereteli kəndində, bugün Şura binasında təşəbbüs qrupu “Gələcəyin klubu” yay məktəbi layihəsinin təqdimatı baş tutacaq. Layihəni Polşalı qeyri-hökumət təşkilatı maliyyələşdirir. Layihənin həmkar təşkilatçılarından olan Maka Menteşaşvili dediyinə görə bugünkü təqdimatın məqsədi əhaliyə gələcəkdə özlərinin də istifadə edə biləcəkləri mövcud resurslarla bağlı məlumat verilməsidir.

“Aktivliklər həyata keçirmək üçün resursumuz var. Proektor, kanselariya ləvazimatlar bir çox vasitələr. Bugün əhaliyə bunun hesabatını verməliyik. Onlara bildirməliyik ki, bu resurslar var və gələcəkdə onlar da istifadə edə bilərlər”.

Maka Menteşaşvilinin sözlərinə görə 23 Avqustdan Helping Hand-in baş direktoru tərəfindən təlimlər keçiriləcək.

“Könüllülük mövzusunda təlimlər başlayacaq 3 gün davam edəcək. Bir günümüzü də yekun mərasim üçün ayırmışıq. Iştirakçıları sertifikatla və biblusun 20 larilik vauçerləri ilə mükafatlandıracağıq”.

Maka Menteşaşvilinin sözlərinə görə yay məktəbini həyata keçirən “Gələcəyin klubu” qeyri-formal təhsilə dəstək və eləcə də gənclərin mülki təhsil baxımından aktivləşməsi məqsədi daşıyır ki, onlar gələcək üçün daha çox fəallıq göstərsinlər.

Radio Marneuli

 

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register