Marneulidə professor Mədət Çobanovun 80 illik yubileyi keçirildi

extra news radio1

Bu gün, 22 avqust tarixində Marneuli şəhərində yerləşən “ÇAY EVİ”- də “Zirvə İnformasiya Mərkəzi”-nin və “Gürcüstan Azərbaycanlı Jurnalistlər Birliyi”- nin təşkilatçılığı ilə görkəmli alim, məşhur dilçi, tanınmış türkoloq, tədqiqatçı, Nyu-York Elmlər Akademiyasının akademiki, uzun müddət Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbində “Dillər” kafedrasının müdiri və Azərbaycan Respublikasının Prezident yanında Ali Attestasiya Komissiyasının Ekspert Şurasının üzvü olmuş filologiya elmləri doktoru, professor Mədət Çobanovun 80 illik yubileyi keçirildi.

mededt

Tədbirdə Marneuli bələdiyyəsinin rəhbər şəxsləri, Gürcüstan Parlamentinin deputatları, hokumət və qeyri-hokümət nümayəndələri, yazıçılar, jurnalistlər, şairlər, müəlllimlər və tədbirə dəvət olunmuş qonaqlar iştirak edirdilər.

Tədbiri Gürcüstan Azərbaycanlı Jurnalistlər Birliyinin sədri Nizami Məmmədzadə açaraq, əslən Borçalının Darvaz kəndindən olan 80 yaşlı alimin həyat və fəaliyyəti haqqında tədbir iştirakçılarına ətraflı məlumat verdi. Sonra sözü tədbirdə iştirak edən qonaqlara da verdilər. Onlar da öz növbəsində professoru yubleyi münasibəti ilə təbrik etdilər və onun həyat və yaradıcılığından söhbət açdılar.

Professor Mədət Çobanov 80-dən çox elmi kitabın müəllifidir. 80 yaşı tamam olan yubilyar Azərbaycan dialektologiyası, onomastikası, ümumi türkoloji məsələlər, müasir Azərbaycan ədəbi dili, dilin tədrisi metodikası, dil əlaqələri, ədəbi tənqidlə bağlı 80-ə yaxın kitabın, 28 tədris proqramının, 600-dək elmi məqalənin, ölkə həyatının siyasi, iqtisadi və mədəni-maarif məsələlərinə həsr olunmuş 220-dən çox oçerkin müəllifidir. O, 60-a yaxın kitabın redaktoru, rəyçisi və tərcüməçisi, 110 elmi konfransın fəal iştirakçısı, 100-dən çox doktorluq və namizədlik dissertasiyalarının opponenti və rəyçisi olub. Alimin elmi-pedaqoji fəaliyyətinə dair bir neçə kitab, onlarca məqalə, əsərləri haqqında 100-dək rəy, 60-a yaxın şeir və oçerk yazılıb. Onun elmi-pedaqoji sahədə zəngin təcrübəsi olduğu kimi, həmçinin türk dieloktoloqu, onomatoloqu, antroponimisti kimi məhsuldar fəaliyyəti dünya və Azərbayn elminə çox tanışdır. Görkəmli alim öz kitablarının girişində Ulu öndər Heydər Əliyevin “Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir” sözlərini məsuliyyətlə işlədib və elmi əsərlərində bu məsuliyyəti dərk edib.

Professor Mədət Çobanov buna görə də Ümummilli lider Heydər Əliyevə həsr olunmuş “Görkəmli strategiyaçı” və 2 cilddən ibarət “Türk ədəbi dillərinin birliyinə doğru”, “Həyatnamə” kimi sanballı və məzmunlu kitabları nəşr etdirib. Professor M.Çobanov Azərbaycan-gürcü xalqlarının tarixi və ədəbi əlaqələri sahəsindəki xidmətlərinə görə 2008-ci ildə GUAM təşkilatının diplomu, 2011-ci ildə “Ən yaxşı vətənpərvər tədqiqatçı-alim – ilin alimi “Qızıl medal”ı ilə təltif olunub. 2012-ci ildə isə “Dədə Qorqud” Fondu yubilyarı “Qızıl ürək” qızıl medalı ilə mükafatlandırıb. Onun əsərləri Azərbaycan, özbək, qazax, qırğız, türkmən, rus, gürcü və başqa xalqların dillərinə tərcümə olunub. Alimin qələmə aldığı elmi əsərlər zamanla səsləşən əsərlərdir.

Onun qələmə aldığı müxtəlif mövzulu əsərlər müasir dövrün tələblərinə cavab verir. Onun əsərlərinin elmi əhəmiyyəti odur ki, bu gün bu əsərlər elm ocaqlarında uğurla istifadə olunur, gənc alimlər və tələbələr bu elmi nəşrlərdən yetərincə istifadə edirlər. Geniş yaradıcılıq diapozonuna malik 80 yaşlı alim bu gün də özünün geniş elmi fəaliyyətini dayanmadan davam etdirir və gənc nəslin inkişafına özünün samballı əsərləri ilə böyük töhfələr bəxş edir və özünün elmi-nəzəri, yüksək məzmunlu, uzun illər apardığı elmi axtarışlarıyla öz imzasına hörmət və izzət gətirir.

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register