Özünüidarəetmə seçkilərində iştirak etmək istəyənlərin qeydiyyatdan keçmək üçün 3 gün vaxtları var

news4

Baş-Nazir Qiorqi Marqvelaşvili yerli özünüidarəetmə seçkilərinin 21 oktyabr tarixinə təyin edilməsi haqqında Prezident tərəfindən verilmiş aktın imzalanmasını həyata keçirib. Bu haqda hökumət administrasiyasından bildiriblər. “Interpressnews” yazır:

Yerli özünüidarəetmə seçkiləri 21 oktyabrda baş tutacaq. Müvafiq akta Gürcüstan Prezidenti Qiorqi Marqvelaşvili bugün imza atıb.

Baş-Nazir tərəfindən imzalanmış, Prezident tərəfindən verilmiş hüquqi akt qüvvəyə mindi. Bu isə deməkdir ki, ölkədə seçki kampaniyası başladı.

Mərkəzi Seçki Komissiyası Avqustun 15-də siyasi partiyalara müraciət edib ki, iştirak etmək istəkləri olduğu halda qeyd olunan hüquq əldə etmək üçün bütün vacib prosedurları vaxtında həyata keçirsinlər.

Gürcüstanın orqanik qanununun “Gürcüstanın Seçki Məcəlləsinin” 142-ci maddəsinə əsasən, qeydiyyat olunmuş partiya və müstəqil olaraq 2016-cı il Parlament seçkilərində iştirak edirmiş və ya seçki bloqunun tərkibində və ya seçkinin təyin edilməsi günü üçün Gürcüstan Parlamentində nümayəndəsi varsa, seçkilərdə iştirak etmək hüququ qazanmaq üçün yerli özünüidarəetmə seçkilərinin gününün təyin olunmasından sonra növbəti 3 gün ərzində (seçkilər gününə qədər 57 gündən gec olmadan) MSK-nın rəhbərinə müvafiq ərizə ilə müraciət müraciət edir.

Məcəlləyə daxil edilmiş dəyişikliklərə əsasən,  seçki qeydiyyatı üçün vacib prosedurlar partiyalar üçün asanlaşıb. Xüsusən, partiyaya nizamnamə və qeydiyyatı təsdiqləyən orojinal və ya onların notarial təsdiqlənmiş nüsxələrin MSK-ya təqdim etmək lazım deyil. MSK-nın rəhbərinə qanunvericiliklə təyin olunmuş qaydaya əsasən təqdim olunan ərizə ilə bərabər, yalnız vətəndaşların siyasi birləşmələrinin (partiyaların) reestrindən, Partiya rəhbərliyinin/nümayəndəliklərinin səlahiyyəti olan şəxsin (şəxslərin) tapşırığı ilə İctimai Reestrin Milli Agentliyi tərəfindən MSK-ya ərizə verilənə qədər son 10 gün müddət ərzində verilmiş çıxarış təqdim olunmalıdır.

Bir halda ki, ictimai olaraq elan olunub ki, oktyabrın üçüncü həftəsinin sonunda, 21 oktyabr tarixində seçkilər keçiriləcək, bu deməkdir ki, seçkilərin təyin olunmasından 60 gün əvvəl, MSK müvafiq siyasi birliklərə rekomendasiya verir. Bu 142-ci maddənin qüvvəyə minməsinə aiddir, bu həftədən, və ya Prezident tərəfindən sərəncam verilən gündən, ərizə ilə İctimai Reestrin Milli Agentliyinə çıxarış tələb etmək məqsədi ilə müraciət edə bilərlər.

 

 

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register