Qiorqi Kvirikaşvili: İtkimiz böyükdür, ancaq qəlbimizi sındırmamalıyıq

bas-nazir

Baş-Nazir Qiorqi Kvirikaşvilinin dediyinə görə, qərargah 24 saat ərzində öz işini davam etdirir. Onun sözlərinə görə, itirilən çoxdur, ancaq meşə-park mütləq dostların və əhalinin kömək və dəstəyi ilə bərpa olunacaq:

“Biz Borjomi meşə-parkının bərpası üçün işlərə başlayacağıq. Əhaliyə demək istəyirəm ki, itirilən çox şey var amma ürəyimiz sınmamamlıdır. Fəlakətlə birgə mübarizə apardığımız kimi, öz təbiətimizi və meşəni də bərpa edəcəyik. Ola bilsin fond yaradaq, əhalinin və dostların köməyi ilə yenidən təbiəti indiyə qədər olduğu kimi gözəlləşdirək.

Kvirikaşvili həmçinin yerli əhaliyə və dost ölkələrə təşəkkürünü bildirib:

“24 saat ərzində bizim meşə departamentinin və DİN-in əməkdaşları çox çalışdılar. Yerli əhali də olduqca çox zəhmət çəkdi. Mütləq qeyd olunmalıdır ki, bizim qonşular böyük dəstək göstərdilər. Xüsusi olaraq, Azərbaycan, Ermənistan, Türkiyə, Belorusiyanı qeyd etmək istəyirəm. Onların canlı və eləcə də texniki gücünü görürsünüz. Hər dəqiqə kömək üçün təkliflər gəlir. Alov tamamən söndürülənə qədər bizim görüləsi çox işimiz var”.

Mənbə: Netgazeti.ge

 

 

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register