Baş-Nazir: Çətin münasibət şəraitində Rusiyanın yardım təklifi təqdirə layiqdir
Gürcüstanın Baş-Naziri Qiorqi Kvirikaşvili bugün bir daha Borjomidə baş verən yanğının aradan qaldırılması prosesində göstərdiyi köməyə görə minnətdarlığını bildirib. Baş-Nazir bir daha Rusiyanın yardım təklifi məsələsinə toxunub və qeyd edib ki, iki ölkə arasında çətin münasibət olduğu şəraitdə, “belə təklif təqdirə layiqdir”:
“İstəyirəm ki, aldığımız kömək üçün xüsusi təşəkkürümü bildirim. Rusiya kömək üçün hazır olduğunu bildirdi və düşünürük ki, bu təklif təqdirə layiqdir. Bizim əhalinin və ölkənin qarşısında yüksək cavabdehliyimiz var. Məhz bu yüksək cavabdehlikdən dolayı, düşünürük ki, Rusiya ilə çox çətin münasibətimiz olduğu şəraitdə, belə təklif təqdirə layiqdir”, – bildirib Kvirikaşvili.
Borjomidə yanğının tamamən söndürülməsi hələ də mümkün olmayıb. Artıq 5-ci gündür ki, meşədə yanğın davam edir. Əməliyyatda Azərbaycandan, Ermənistandan, Türkiyədən və Belorusiyadan yanğınsöndürənlər iştirak edirlər. Baş-Nazirin sözlərinə görə yerində 1500 nəfər və 6 helikopter çalışır.
Mənbə: netgazeti.ge
marneulifm1106 Posts
0 Comments