Serakvi kəndində yazıçının qızı xeyriyyə işləri ilə məşğuldur

Serakvi kəndində Nodar Tsuleiskirinin nəvəsi, Tatia Şengelia yaşayır. O, babasının adının unudulmaması məqsədi ilə çalışır ki, kənddə yeniliklər həyata keçirsin. O, özü də yazardır. Artıq üç ildir ki, Tbilisidən Serakvi kəndində yaşamaq üçün köçüb və xeyriyyə işlərinə başlayıb. O, eləcə də qeyri-formal təhsilin əsasını qoymağa çalışır. 20-yə qədər şagirdi var və onlara kompüter, ingilis dili və yazıçılıq texnikası öyrədir. Onun dediyinə görə. uşaqların onun dərslərinə gəlmək çox xoşlarına gəlir.
Yazar adətən ingilis dilində yazır. O, istəyir ki, öz ölkəsinin problemlərini başqa ölkələrə də çatdırsın və onlara göstərsin ki, Gürcüstan nə dərəcədə inkişaf edib.
Tatia Şengelia şəxsi tədris mərkəzini genişləndirməyi planlaşdırır. Tədris mərkəzi ilə bərabər gənc yazarlar akademiya və muzeyi də təsis olunacaq.
Radio Marneuli
marneulifm1106 Posts
0 Comments