Texno xəbər

Texno Xeber

   Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

“Facebook” sosial şəbəkəsi təhlükə zonalarında olan (məsələn, terror hücumları, təbii fəlakətlər zamanı) istifadəçilərin öz dostlarına xəbər verməsi üçün nəzərdə tutulan “Safety Check” funksiyasını daimi fəaliyyət  göstərən ayrıca bölməyə çevirib. Yeni bölməyə artıq dünyanın hər yerindən təhlükəli vəziyyətlər barədə məlumatlar axacaq. Bunun sayəsində köməyə ehtiyacı olan, eləcə də onlara kömək göstərmək istəyən istifadəçilər bu niyyətlərini həyata keçirə biləcəklər. Şirkətdən dəqiqləşdiriblər ki, yeni bölmə yaxın həftələrdə “Facebook”un veb versiyasının və mobil əlavələrinin bütün istifadəçiləri üçün əlçatan olacaq. Qeyd etmək lazımdır ki, “Safety Check” bildiriş sistemi bir neçə dəfə qeyri-korrekt çalışıb. Belə ki, 2016-cı ilin dekabrında sistem Talilandda guya partlayış baş verdiyinə dair yalan xəbərdən sonra aktivləşib. Halbuki partlayış 2015-ci ildə baş vermişdi. Bu ilin mayında Moskvadakı qasırğa zamanı isə sistem işə düşməyib və 1 sutka sonra aktivləşib.

Was6458133

“WhatsApp” messencerində statuslar rəngli olacaq. İstifadəçilər fonun rəngini və yazının şriftini seçməklə yanaşı, həm də istinadlar əlavə edə bilərlər.  Hələlik yeni imkan yalnız bəzi istifadəçilərdə peyda olub, amma tezliklə hamı üçün əlçatan olacaq. “Facebook” ötən ilin sonunda rəngli statusları yoxlamağa başlayıb və o, 2017-ci ilin martında sosial şəbəkənin bütün istifadəçilərinə əlçatan olub. İndi növbə  “WhatsApp” messencerinə çatıb. Rəngli statusların istifadəçilərin əksəriyyəti tərəfindən qıcıqlandırıcı hesab edilməsinə baxmayaraq,  “Facebook” yeni funksiyanı öz proqramlarına əlavə etməyə davam edir. Şirkət hesab edir ki, bu, istifadəçilərin cəlb edilməsini artırır.

2

“Google” şirkəti özünün “Android” əməliyyat sisteminin yeni – 8-ci versiyasını təqdim edib. Bu barədə şirkətin bloqunda məlumat verilib. “Google” yeni əməliyyat sisteminin adını ənənəsinə uyğun olaraq şirniyyat adlarından seçib. “Android 8.0” “Oreo” adını alıb. “Google”dan bildirilib ki, “Android Oreo” daha ağıllı, daha operativ və daha güclüdür. Sistem “təsvirdə təsvir” (Picture in Picture) funksiyası ilə işi sadələşdirir. Belə ki, artıq istifadəçilər eyni anda iki əlavə görə biləcəklər. Bundan başqa, “Android 8.0” çərçivəsində bildiriş sistemi də təkmilləşdirilib və ən vacib əlavələrdən gələn bildirişlər daha operativ olacaq. “Android Oreo” avtotamamlama funksiyası ilə təmin edilib, bu isə menyuda asanlıqla hərəkət etməyə və müxtəlif vəzifələr yerinə yetirməyə imkan verəcək. Nəhayət, yeni OC daha etibarlı müdafiə vasitələrinə malikdir və əvvəlkindən iki dəfə daha tez işə düşür, cihaz sahibinin az istifadə etdiyi əlavələrin fon aktivliyini məhdudlaşdırır. Yeni əməliyyat sistemi ABŞ-da tam Günəş tutulması ilə eyni vaxt təsadüf edib. Bu hadisə yeni əməliyyat sisteminin təqdimat videosunda da əksini tapıb.

Sentyabrda təqdimatı gözlənilən “iPhone 8” smartfonunun unikal sifət tanıma texnologiyasına malik olacağı bildirilir. Cihaz yeni 3D ötürücülü skanerlə təchiz ediləcək. Bu skaner saniyənin milyonda biri müddətində istifadəçinin sifətini təhlil edə biləcək. Mütəxəssislərin fikrincə, bu məlumatı yeni cihazda barmaq izlərini tanıma skaneri olan “Touch İD” funksiyasından imtina olunacağı barədə məlumatlar da təsdiqləyir.

3

“YouTube” xidməti yeni “Təcili xəbərlər” bölməsini istifadəyə verib. Yeni bölmə istifadəçi marağını artırmağa yönəlib. Belə ki, bir çox istifadəçi üçün bu gün “YouTube” bir videodan digər videoya keçmək üçün platformaya çevrilib. Lakin digər platformalarla müqayisədə “YouTube”un xəbər lenti daha mürəkkəb hala gəlib. “Təcili xəbərlər” xidmətə maraqlı əlavə olacaq. “YouTube” böyüdükcə, onun kontentinin mənbəyi tanınmış bloqerlər olur. Bundan başqa, böyük miqdarda müəllif şərhləri olan kontentlər xüsusi populyarlıq əldə edib. “YouTube” xidmətinin baş direktoru Süzan Voyçitski bildirib ki, 2017-ci ilin iyun ayında saytda rekord qeydə alınıb. Mobil telefonlardan 60 dəqiqə ərzində 1,5 milyard saat video izlənib.

4

Xiaomi Redmi Note 5A heç də sürpriz bir smartfon olmadı. Bu sadəcə olaraq yenilənmiş texniki göstəricilərə sahib köhnə smartfondur. Əsas dəyişikliklər sırasında smartfonun arxa panelindəki kamera, mərkəz hissədən yuxarı sol hissəyə keçirilib. Qalan göstəricilərə görə isə smartfon həmin metal korpus, arxa paneldə barmaq izi skanı və ön paneldə ekranın alt hissəsində sensorlu düymələrlə təchiz olunub. Sözügedən smartfon 3 versiyada təqdim olunub. Onlar prosessor, yaddaş həcmi və kamera göstəricilərinə görə fərqlənirlər. Lakin buna baxmayaraq hər üç model, 2 sim kart və microSD girişi əldə edib. Texniki göstəricilərə gəldikdə, Xiaomi Redmi Note 5A, 5.5 inç HD ekran, Snapdragon 425 və ya 435 prosessoru, 2/3/4 GB RAM, 16/32/64 GB daxili yaddaş, 3080 mAh enerji tutumlu batareya, 13/16MP arxa və 5/16 MP ön kameralar ilə təchiz olunub. Hər üç smartfon, Android 7.1.1 əməliyyat sistemi vasitəsilə çalışır. Kiçik versiya, 104$, orta versiya, 135$, 4 GB RAM və 16 MP-lik kameraya sahib versiya isə 186$ qiymətində satışa çıxacaq. Smartfonlar bu ayın sonunda Çində satışa çıxacaqlar.

5

Artıq həyatımızın böyük bir parçası halına gələn sızıntıların mərkəz nöqtəsində bu dəfə Motorola Moto X4 modeli var. Cihazın fotoşəkilləri pərakəndə satıcı tərəfindən sızdırıldı.Keçdiyimiz həftələrdə internetdə gəzən xəbərlər, Motorolanın 24 avqust tarixində bir fəaliyyət təşkil edəcəyini  və bu fəaliyyətdə də Moto X4 modelini təqdim edəcəyini ortaya çıxarmışdı. Bu gün sızdırılan fotoşəkillərlə  yanaşı Motorola Moto X4 dizaynı ilə əlaqədar əhəmiyyətli məlumatları bizə təqdim etdi. Çünki İrandan bir satıcı cihazın həm ön tərəfini həm də arxa tərəfinin fotoşəkillərini çəkərək internetdə yaymağı bacardı.Vizuallarda, cihazın texniki xüsusiyyətlərinin yazıldığını da ifadə etmək lazımdır. Bu vizuallar əgər həqiqətdirsə Moto X4; 5.2 inçlik Full HD ekran, Snapdragon 630 prosessor, Adreno 508 qrafik interfeysi, 12 MP və 8 MP-lik arxa kamera, 16 MP-lik selfie kamerası və 3.000 mAh-lık batareya ilə satışa təqdim ediləcək. Son olaraq, cihazın sürətli şarj qabiliyyətinə malik olduğunu və IP68 sertifikatı əldə edə biləcəyini unutmayın. Qeyd edək ki, bu məlumatı yekunlaşdırmaq üçün 24 avqustda tədbirin keçirilməsini gözləməməliyik.

6

İtalyan deri əl işi ilə işlənmiş Lamborghini Alpha One smartfonu, qiymətində də öz əksini tapır. Lamborghini Alpha One xüsusiyyətləri!Android əsaslı smartfon Lamborghini Alpha One, lüks tutqunlarını cəzbedəcəyə  bənzəyir. Yaxşı təqdim etdiyi xüsusiyyətlər, istənilən qiymətin qarşılığını verir mi? Əvvəlcə Lamborghini Alpha One smartfon-un, İtalyan əl işi istehsalı qara dəri ilə örtülü olduğunu ifadə edək. Əlavə olaraq, yenə bu modelə uyğun bir də xüsusi İtalyan dərili örtük, kutu məzmununa daxil edilib.Lamborghini Alpha One xüsusiyyətləri arasında 5.5 inç 2560 x 1440 keyfiyyətində WQHD ekran, Qualcomm Snapdragon 820 prosessor, Android Nougat, 4 GB RAM, 128 GB-a qədər artırıla bilən 64 GB daxili  yaddaş sahəsi, 20 MP arxa kamera, 8 MP ön kamera, 3250 mAh batareya , iki SIM kart dəstəyi və barmaq izi skanı iştirak edir. Smartfon hələlik İngiltərə və Birləşmiş Ərəb Əmirliklərin də online satışa təqdim edilmiş vəziyyətdədir. Lamborghini Alpha One-ın qiyməti başda da ifadə etdiyimiz kimi heç də ucuz deyil. Məhsul üçün təyin olunan satış qiyməti 2450 dollardır.

7

Yaponiyanın “IHI Corporation” şirkəti Yeni Energetikanın və Sənaye Texnologiyalarının İnkişafı Təşkilatı ilə birlikdə dünyada ilk dəfə okean axınlarından istifadə etməklə elektrik enerjisinin istehsalına imkan yaradan avadanlığı sınaqdan keçirib. Kuçinoşima adasının yaxınlığında keçirilən sınaq zamanı Kuroşio axını rayonunda 20-50 metr dərinlikdə metal silindrlərdən ibarət avadanlıq yerləşdirilib. Təqribən 20 metr uzunluğunda silindrlərdən ikisinin kənarında hər biri 11 metr diametrə malik kürəklərlə təchiz edilmiş iki generator quraşdırılıb. Sınaq zamanı mütəxəssislər 30 kilovat gücündə elektrik enerjisi əldə ediblər. Yeni qurğudan 2020-ci ildən başlayaraq istifadə olunacağı gözlənilir.

8

Son illərdə operatorların internet tarifləri daha əlverişli olub. Bununla belə, yeni nəsil şəbəkələrin tətbiqi ilə əlaqədar istifadə edilən məzmunun həcmi də artır, buna görə trafikin sıxılması üçün servis və proqramlara tələbat yüksəkdir. Buna baxmayaraq, “Opera” şirkəti “Opera Max VPN” servisini bağlayıb. “Opera” şirkətinin bloqunda yazılıb ki, “Max” servisi şirkətin başqa məhsulları ilə rəqabətdə uduzurdu. Başqa sözlə, proqramçılar ikinci dərəcəli məhsulun dəstəyinə vaxt itirmək istəməyərək onu bağlayıblar. “Opera Max” servisi daha yenilənməyəcək və artıq “Google Play” proqramlar mağazasından çıxarılıb. Proqramı öncə yükləmiş istifadəçilər sözügedən servisdən hələ ki, istifadə edir. Qeyd edək ki, “Opera” istənilən vaxt “Max” servisinin fəaliyyətini tamamilə dayandırmaq hüququna malikdir, ancaq hələ ki, bu barədə dəqiq məlumat yoxdur.

9

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register