Texno xəbər

TexnoXeber

   Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

“Samsung” şirkəti yeni “Galaxy Note8” smartfonunu təqdim edib. Smartfon 6,3 düym diaqonallı ekrana malikdir. Cihazda tərəflərin nisbəti 18,5:9-dur və 1440×2960 piksel təsvir ölçülü  ekranla təchiz edilib. Qurğunun korpusu şüşə və metaldan hazırlanıb, su və toza qarşı IP68 standartı ilə müdafiəsi var. “Note8” həmçinin Exynos 8895 səkkiz nüvəli prosessor və altı giqaybaytlıq əməliyyat yaddaşı ilə təchiz olunub. Smartfonun əsas xüsusiyyəti ikili kamera olub. Hər iki modul 12 meqapiksel təsvir ölçüsünə, onlardan biri “Dual Pixel” texnologiyasına, “f1.7”, digəri isə “f2.4” linzasına malikdir.

1

“Google” üç yeni məhsulunu təqdim etməyə hazırlaşır. Mütəxəssislər proqnozlaşdırır ki, ABŞ şirkəti yeni nəsil “Chromebook Pixel” noutbukunu, “Google Home” səsgücləndiricilərinin yeni versiyasını və “Apple”ın istehsalı olan “AirPods”a rəqib olacaq qulaqcıqlarını təqdim edəcək. İlkin məlumatlara əsasən bu ilin payızında “Google” 2 yeni smartfonunun təqdimatı ilə bərabər “Andromedia” əməliyyat sistemi ilə işləyən və 16 GB əməliyyat yaddaşına malik “Chromebook Pixel” cihazını da təqdim edəcəklər. Korporasiyanın yeni məhsullarını sentyabr-oktyabr aylarında keçiriləcək rəsmi təqdimat zamanı öyrənmək mümkün olacaq.

2

Rusiyanın Çindəki səfirliyində bu iki ölkənin birgə istehsalı olan üçüncü nəsil “YotaPhone” smartfonunun təqdimatı keçirilib. Iki ekrana malik smartfonun hazırlanması 10 ay çəkib. Cihaz на “Android 7.1.1 Nougat” əməliyyat sisteminə əsaslanan “YOTA OS 3.0” “ikili” əməliyyat sistemi ilə çalışır. Ön ekran 5,5, ikinci ekran 5,2 diaqonala malikdir. Ön kamera 12 Mp, əsas kamera 13 Mp, akkumulyator 3200 mAs-dir. Səkkiznüvəli “Qualcomm Snapdragon 625” prosessoru ilə təchiz olunub. Çində rəsmi satışlar sentyabrda başlayacaq. 64 Gb yaddaşa malik “YotaPhone 3”ün qiyməti 360 dollar, 128 Gb yaddaşa malik bahalı versiyanın qiyməti 465 dollar təşkil edəcək.

3

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register