Texno xəbər

Texno Xeber

   Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

Dünyanın ən məşhur mesajlaşma şəbəkəsi olan “WhatsApp” maraqlı yenilik edib. Yenilik “WhatsApp”ın şriftləri ilə bağlıdır. Artıq “WhatsApp”da mesaj yazarkən şriftləri bold (qalın ) və ya italic (nazik əyri) yazmaq üçün əvvəlki qədər əziyyət çəkməyə ehtiyac yoxdur. Bunun üçün, sadəcə, sözün üzərinə toxunub, şrifin forması ilə bağlı seçim etmək lazımdır. Qeyd edək ki, əvvəllər sözləri qalın ya da əyri yazmaq üçün (*), (_) simvollarından istifadə edilirdi.

1

Mobil qurğuların sürətinin müəyyənləşdirilməsi üçün nəzərdə tutulmuş populyar “AnTuTu” testinin tərtibatçıları ən yüksək bal toplamış smartfonların siyahısını dərc ediblər. Hazırda Çinin “OnePlus 5” (181 min bal) ən sürətli smartfon hesab edilir, “HTC U11” (180 min bal) ikinci yeri, “Samsung Galaxy S8+” (172,6 min bal), “Galaxy S8” (172,4 min bal) və “Xiaomi Mi6” (172,1 min bal) smartfonları isə müvafiq olaraq üçüncü, dördüncü və beşinci yerləri tutublar. Ən məhsuldar smartfonların siyahısına “iPhone 7 Plus”, “Sony Xpreia XZ Premium”, “iPhone 7”, “OnePlus 3T” və “OnePlus 3” smartfonları daxil edilib.

2

“Samsung Electronics” şirkəti Nyu Yorkda özünün yeni “Galaxy Note 8” smartfonunun rəsmi təqdimatını keçirib. Avqustun 23-də Bakı vaxtı ilə axşam saatlarına təsadüf edən təqdimat “YouTube”dakı “Samsung Mobile” kanalında canlı yayımlanıb. Yeni cihaz 6,3 ölçülü, 2960×1440 piksel ekrana malikdir. Bu, “Note” seriyasının ən böyük ekranlı smartfonudur. 12 meqapiksellik və təsvirin optik stabilləşdiricisi (OİC) funksiyalı 2 əsas kamera və 8 meqapiksellik frontal kamera var. Smartfon 8 nüvəli prosessorla təchiz olunub və 6 Gb operativ yaddaşa və 64 Gb daxili yaddaşa sahibdir. Alıcılara daha həssas və daha nazik qurtaracağı olan “S Pen” stilusu da veriləcək. Yeni “Galaxy Note” sudan, tozdan və nəmdən qorunur. “İstifadəçilərə “Galaxy Note” seriyasından olan smartfonlara sadiqliklərinə görə minnətdarıq. Bizi öz işimizi təkmilləşdirməyə ruhlandıran məhz bu oldu. Sərhədsiz ekrana, möhtəşəm ikili əsas kameraya və yaxşılaşdırılmış elektron “S Pen” qələminə malik olan “Galaxy Note 8” insanlara əvvəl əlçatmaz görünənləri reallaşdırmaq imkanı yaradır”, – deyə “Samsung”un mobil bölməsinin rəhbəri Di Cey Kox bildirib. ”Galaxy Note 8” üç rəngdə hazırlanıb: qara brilyant, sarı topaz və göy sapfir. Satışlar sentyabrın ortalarında başlayacaq İlkin sifarişlər “Samsung”un saytında qəbul olunur.

“Meizu” şirkəti orta qiymət kateqoriyasına aid yeni “M6 Note” smartfonunu təqdim edib. Metal korpusa malik aparat 5,5 düymlük ekran, 1920×1080 nöqtə (Full HD) təsvir ölçülü displey və səkkiznüvəli 2 QHs takt tezlikli “Snapdragon 625” prosessoru ilə təchiz edilib. “Meizu M6 Note” smartfonu 12 və 5 meqapiksellik təsvir ölçülü “Sony IMX362” və “Samsung 2L7” datçiklərinə malik ikiqat əsas kamera ilə təchiz edilib. Ön kameranın təsvir ölçüsü 16 meqapikseldir. Smartfon 3/4 giqabaytlıq əməli yaddaş, 16/32/64 giqabaytlıq daxili yaddaşla təchiz edilə bilər. Sürətli enerjidoldurma texnologiyası olan “mCharge”ı dəstəkləyən akkumulyatorun tutumu 4000 milliamper/saat təşkil edir. Qurğunun ölçüləri 154,6×75,2×8,35 mm, çəkisi isə 173 qram. Üç giqabaytlıq əməli yaddaş və 16 giqabaytlıq daxili yaddaşa malik versiyanın qiyməti 165 dollar, 4/64 giqabaytlıq versiyanın qiyməti isə 255 dollardır.

3

Böyük Britaniyada ən kiçik robot cərrah hazırlanıb. Tibbi avadanlıq istehsalı üzrə ixtisaslaşmış Britaniyanın “CMR” şirkətinin mühəndislərinin məlumatına görə, böyük ölçülü robotlarla rəqabət aparmaq qabiliyyətinə malik və  incə əməliyyatların icrası üçün nəzərdə tutulmuş ucuz, yığcam və təcrübəli robot hazırlanıb. “Cambridge Medical Robotics” şirkətinin istehsalçılarının məlumatına görə, “Versius” adlı robot cərrahın ölçüləri 60×60 santimetr təşkil edir. Qiyməti isə analoji qurğularla müqayisədə iki dəfə ucuzdur. Robot pasiyentin bədənində diametri 1sm-dək olan kəsik etmək tələb olunan əməliyyatları keçirə biləcək. Belə əməliyyatlar incə hərəkətlər tələb edir, buna görə robot çox elastikdir, onun manipulyatoru insan əlini xatırladır. Həmçinin robotun bütün hərəkətlərini üçölçülü ekranda izləmək mümkündür. Bu, robot cərraha əməliyyatı daha sürətli və səmərəli etməyə imkan verəcək. Gələn il kiçik ölçülü robot cərrahın işçi prototipi təqdim ediləcək.

4

“Volkswagen” şirkətinin rəhbəri Herbert Diess, əfsanəvi VW Microbus avtomobilinin elektrik versiyası olan Volkswagen Buzz-un istehsalını təsdiq edib. Orijinal versiyanın retro dəbi və konsepsiyası, 2022-ci ildə irimiqyaslı avtomobil seriyasına çevriləcək. Yenilənmiş avtomobilin, 2020-ci ildə təqdim olunması planlaşdırılır və o, ailələr ilə gənclər üçün nəzərdə tutulmuş seriyada ilk nümayəndə olacaq. 2025-ci ilə kimi isə şirkət milyon sayda bu avtomobili istehsal etməyi planlaşdırır. Avtomobilin salonunda bir çox transfotrmasiyalar etmək mümkündür. Məsələn, ön sərnişin oturacaqlarının, arxa sərnişinlərə tərəf 180 dərəcə çevrilməsi. Bundan əlavə olaraq avtomobil, avtopilot sistemi ilə də təchiz olunacaq. Avtomobildə olan 10 ədəd lazer skanerləri (onlardan 4-ü avtomobilin yuxarı hissəsində yerləşir) və digər ötürücülər, avtomobilə dairəvi nəzarət özəlliyini təmin edir. Batareya və mühərriklər, avtomobilin döşəməsinin altında yerləşirlər. Buna görə də yenilənmiş modelin arxa və ön hissəsi yük şübəsi kimi təqdim olunur. Yenilənmiş versiya, 369 at gücündə 2 ədəd elektrik mühərrikinə və 111 kilovat saat həcmli batareyaya sahib olacaq. O, saatda 100 km sürəti 5 saniyə ərzində yığa biləcək. Tam enerji vasitəsilə avtomobil, 430 km-dən çox yol qətt edəcək.

Huawei-nin sentyabrın 2-də keçiriləcək IFA tədbirində gələcək üçün əhəmiyyətli açıqlama edəcəyi bilinir. Süni intellektə diqqət yetirən bir smartfon ola bilərmi?Bir neçə gün əvvəl, Huawei gələcəyin  ağıllı olub-olmadığını soruşan bir tweet paylaşdı. Bu sualın cavabı, sentyabrın 2-də Berlində keçiriləcək IFA 2017 tədbirində cavabını tapacaq. Daha önəmlisi, bu cavabın Huawei şirkətinin baş icraçı direktoru Richard Yu-nun qeyd etdiyi kimi, “super smartfon” olacaq. Super smart telefon iddiaları süni intellektə sahib bir smartfondan başqa bir şey deyil. İnsanın gözünün, qulağının, burnunun, bədənini və ağılının edə biləcəklərini edə bilən bir cihaz olacaq.Bu məqsədlə Huawei-nin bir müddətdir üzərində çalışdığı süni zəka mərkəzli bir tətbiq prosessoru istifadə edəcəyini və bu prosessorun CPU, GPU və süni zəkanı tək bir çipset də birləşdirəcəyini ifadə edilir. Hələlik Huawei-nin planları haqqında eşitdiklərimiz bu qədərdi amma, 2 sentyabr tarixində keçiriləcək IFA 2017-də bütün suallarımızın cavabını alacağıq. Xatırladaq ki, Huawei Mate 10 və Huawei Mate 10 Pro modelləri də eyni tarixdə təqdim olunacaq.

5

“SpaceX”in təsisçisi Elon Musk, şirkətin ilk skafandr versiyasını təqdim etdi. Sözügedən skafandrın fotosunu Musk özünün Instagram hesabında paylaşıb. Musk qeyd edib ki, bu, skafandrın işlək versiyasının ilk versiyasıdır və o, ikili vakuum təzyiqi testindən keçib. Musk söz verib ki, yaxın zaman ərzində bu skafandr barəsində daha çox məlumat verəcək. Bir neçə müddət bundan öncə isə Musk bildirmişdi ki, “SpaceX” tərəfindən hazırlanacaq skafandr həmçinin NASA tərəfindən də istifadə olunacaq.

6

ABŞ-da “Android” sistemi ilə işləyən smartfonların sahibləri “Google Chrome” brauzerinin yeni versiyasında axtarış nəticələrində videoların önbaxışının avtomatik, amma səssiz göstərilməsinin şahidi olublar. Hazırda sözügedən yenilik yalnız ingilis dilli çarxları dəstəkləyir və ABŞ ərazisində işləyir. Ancaq yaxın gələcəkdə bütün dünyada əlçatan olacaq. Həmçinin “iOS” sistemi ilə işləyən cihazlarda videoların önbaxışını görmək mümkün olacaq. Qeyd etmək lazımdır ki, yeni funksiya yalnız “Wi-Fi” moduluna qoşulma zamanı işləyəcək ki, istifadəçinin internet trafiki boş yerə sərf olmasın. Həmçinin sazlamalardan videoların avtomatik göstərilməsini deaktiv etmək olar.

7

Çinli araşdırmaçılar, duzlu suyla işləyən elastik bir batareya hazırlamağı bacardı. Geyilə bilən cihazlar və ya tibbi cihazlar üçün batareya hazırlayarkən, batareyanın sahib olması lazım olan bəzi əhəmiyyətli xüsusiyyətlər var. Əvvəlcə, batareyalar elastik olmalı, büküldüyündə və ya qıvrıldığında hələ də işlək halda olmalı və ideal olaraq, zərərli kimyəvi maddələr saxlamamalıdır. Bu günə qədər bu istifadələr üçün hazırlanan batareyalar, ən son bəhs etdiyimiz xüsusiyyətə sahib ola bilmədilər, bunun yerinə əlavə bir maddə ilə kimyəvilərin sızıb insan dərisinə təmas etməsinə maneə törədildi. Amma bu onları qalınlaşdırdığı üçün görünüşləri baxımından bir mənfi oldu. İndi isə, Çindəki bir araşdırma qrupu yeni bir tip elastik batareya inkişaf etdirdi və bu batareyalar o zərərli kimyəvi maddələri tələb etmir. Araşdırma qrupu, toksik və ya həll edici elektrolitlər yerinə natrium sulfat kimi natrium-əsaslı kimyəviləri (bir növ duzlu su) istifadə etdi. Bu maddələrin də insan dərisinə təması çox istənən bir şey deyil, amma olar da bir şəkildə sızsalar belə, digər batareyalardakı kimyəvilər qədər təhlükəli bir vəziyyət ortaya çıxarmırlar. Araşdırmaçılar, bu batareyaların natrium-əsaslı mayelərlə işləməsinin irəlidə tər kimi bədən mayelərindən enerji alan texnologiyaların inkişaf etdirilməsinə yol aça biləcəyini düşünür.

https://www.flickr.com/photos/144535053@N04/35956347484/in/dateposted-public/

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register