“One Caucasus” 2017 festivalı başladı

1-29

“ONE CAUCASUS” festivalı başladı. Festivalda xarici musiqi qrupları ilə yanaşı TDU Qordela da iştirak edirdi. Onlar öz kompozisiyalarını təqdim ediblər. Eləcə də polşalı qrup sio Crew &TDU Qordela birgə musiqi miksi təklif etdilər.

Festivalda xarici könüllülər, müxtəlif kəndlərdən gəlmiş əhali, eləcə də yerli hakimiyyət nümayəndələri də iştirak edirdilər. Biz Marneuli Bələdiyyəsinin icra başçısı öhdəliyini yerinə yetirən Zaur Tabatadze ilə söhbət etdik. O, festivalı müsbət dəyərləndirdi:

“Bu festival artıq ənənəvi hala çevrilib. Gənclərin toplaşması, qarşılıqlı münasibət qurması üçün sərbəst ərazidir. Bu dünyaya bir göstəricidir ki, müxtəlif etnik və dini azlıqların bir əhatədə harmoniya ilə necə yaşadığını göstərir. Ona görə də artıq dördüncü dəfədir ki, bu festival keçirilir”.

Biz festivalda iştirak edən könüllülərdən biri ilə söhbət etdik.

“Festivalda üçüncü dəfədir iştirak edirəm. Çox xoşdur. Gənclər qoşulublar. Mən çox sevinirəm ki, gənclər qoşulublar və belə fəal iştirak edirlər”.

“ONE CAUCASUS” festivalı artıq dördüncü ildir ki, Serakvi kəndində keçirilir. O, 24 avqust tarixində başladı və 27 avqust tarixində başa çatacaq.

Radio Marneuli

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register