Şaumiani kəndində yolun təmiri ilə bağlı tender bu il elan olunacaq
Şaumiani kəndində yolun olmaması problemini əhali təsdiqləyir. Biz Serakvidə evi olan Lali Qelaşvili ilə söhbət etdik. O, qeyd edir ki, Şaumiani yolu pis vəziyyətdədir.
“Şaumian yolunda hərəkət etmək artıq mümkün deyil. Əhaliyə söz vermişdilər ki, avqustun 1-də təmir olunacaqdı, daha sonra 15-də. Hələ heçnə dəyişməyib”.
Biz Marneuli Bələdiyyəsinin icra başçısının vəzifəsini yerinə yetirən Zaur Tabatadze ilə söhbət etdik. O, dedi ki, Şaumianidə yol təmir olunacaq.
“Problemlə bağlı məlumatımız var. Tender elan olunacaq. 2017-2018-ci illər üçün layihə olacaq. İşlərin həyata keçirilməsinə başlanacaq”.
Zaur Tabatadzenin sözlərinə görə, layihənin realizə olunmasə Şaumiani kəndində yolun çəkilməsini nəzərdə tutur. İşlər bu il başlayacaq.
Radio Marneuli
0 Comments