Marneulidən 3 nəfər şagird təhsil olmaq üçün Amerikaya yola düşəcək

33

ABŞ səfirliyi bir neçə gündən sonra biznes və istehsal istiqamətində dəyişmə proqramı üzrə təhsil almaq üçün on şagirdi Vaşinqtona və Bluminqtonun İndiana Universitetinə göndərir. 10 şagirddən 3-ü Marneuli sakinidir. Onlar öz biznes ideyaları əsasında bir çox müsabiqəçi ilə rəqabət aparıblar və onluğa düşüblər. Gənc istehsalçıların proqramı haqqında bizimlə ingilis dili proqramlarının koordinatoru Lika Qumberidze danışdı.

“Proqram dövlət departamenti , Tbilisidə ABŞ  səfirliyi tərəfindən maliyyələşdirilib. Buradan gedən gənclərə üç həftə ev sahibliyi edəcəklər. Onlara istehsalçılıq mövzusunda müxtəlif vorkshoplar və sessialar keçiriləcək. Biz Gürcüstanda istehsalçılığa dəstək göstəririk”.

Qeyd etdiyimiz kimi Marneulidən 3 şagirdi Amerikaya təhsil üçün gedir. Biz proqram iştirakçıları ilə söhbət etdik. Zəkəriyya Məmmədov 15 yaşındadır. O, iki saylı ictimai məktəbin 10-cu sinif şagirdidir.

“Bu proqram xoşuma gəldi və qoşuldum. Seçimdə ikinci tura keçdim. Sonra zəng vurdular ki, üçüncü turu da keçmişəm və Amerikaya gedirəm. Applikasiyada biznes ideyamı yazdım və xoşlarına gəldi”.

Aysel Mustafayeva 16 yaşındadır. O, Ağməmmədli məktəbinin 11-ci sinif şagirdidir. O, iki istiqamətdə biznes ideyasını yazıb – birinci küçədə uşaqların cəmiyyətə inteqrasiyası üçün tələb olunan qurğular və onların məktəbə daxil edilməsi yollarının tapılmasıdır.

Dərya Həsənova 11-ci sinif şagirdirir. O, Əzizkənd məktəbindəndəndir və onun biznes ideyasının başlığı “Görünməz telefon”dur. İdeyanın əsasını Türkiyəyə səyahət zamanı qoyub. Orada telefona bağlı olan uydurulmuş eynək görüb.

Şagirdlər təhsil üçün Amerikaya avqustun 29-da gedəcəklər. İştirakçılar Telavidən, Rusiyadan, Marneulidən, Xaşurdan və Duisidən olacaq.

Radio Marneuli

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register