Gürcüstan dəmir yolunda saxlanılan şəxsləri məhkəmədən azad ediblər

IMG_0675

Avqustun 24-də “Gürcüstanın dəmir yolunda” baş tutan aksiyada saxlanılan 10 nəfər şəxsi məhkəmə zalından azad ediblər və proses mühafizə tərəfinin tələbi ilə 8 sentyabra qədər təxirə salınıb. İclas 09:00-da başlayacaq.

Vəkil Nona Kurdovanidze bildirib ki, onlar işlə bağlı materiallarla tanış olmaq üçün vaxt tələb ediblər və ona görə də bugün proses baş tutmayıb. Kurdovanidze təsdiq edib ki, onun mühafizəsi altında olan 5 şəxsdən 2 nəfəri fiziki zərər görüblər.

24 avqust tarixində gecə, “Gürcüstanın dəmir yolunda” baş tutan həmrəylik aksiyasında 10 nəfər şəxsi saxlayıblar. Onlar binaya daxil olmağa cəhd göstərirmişlər. Onların saxlanılması fiziki qarşıdurma və səs-küy əsasında olub. “Gürcüstanın dəmir yolunda” artıq 11 gündür ki, dəmiryolçular və həmkarlar ittifaqının nümayəndələri dəmir yolunun yüksək vəzifəlilərinin azad olunması tələbi ilə aclıq elan ediblər.

İnsan Hüquqlarının Tədrisi və Monitorinqi Mərkəzi (EMC) hesab edir ki, saxlanılan zamanı polis tərəfindən güc tətbiq olunub və bu məsələ ilə bağlı prokurorluğa müraciət etməyi planlaşdırır.

 

Mənbə: netgazeti.ge
 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register