Maia Miminoşvili – 39 min abitüriyentin 28 mindən çoxu tələbə oldu

news4

Vahid Milli İmtahanların nəticəsi olaraq, 2017-ci ildə ali təhsil müəssisələrində tədris prosesini 28 000-dən çox tələbə davam etdirəcək, – bu haqda jurnalistlərə Qiymətləndirmə və Milli İmtahanlar Mərkəzinin rəhbəri Maia Miminoşvili bildirib. Onun sözlərinə görə, cari ildə ilk öncə qeydiyyatdan 41 000-dən çox abitüriyent keçib. Ancaq Vahid Milli İmtahanlardan müəyyən qədəri kəsilib. Miminoşvilinin qeyd etdiyi kimi, onlar attestat imtahanlarında maneəni aşmayan abitüriyentlərdir. Müsabiqədə, ümumi hesabda, 39 000-dən çox abitüriyent iştirak edib.

Maia Miminoşvilinin dediyinə görə, statistik göstəricilər baxımından, tələbələrin iştirakı baxımından vəziyyət biraz yaxşılaşıb.

Maliyyələşdirməyə gəldikdə isə Vahid Milli İmtahanlar Mərkəzinin rəhbərinin məlumatına görə, 2017-ci ilin Milli İmtahanlarında 100%-lik maliyyələşdirmə 1009, 70%-lik maliyyələşdirmə – 1457 abütiriyent, 50%-lik maliyyələşdirmə – 4018 tələbə, pulsuz təhsil almaq hüququnu isə 4051 tələbə qazanıb.

“Təqribən 39 minə qədər abütiriyent müsabiqədə iştirak edirdi. Bu gün saat 13:00-da qəbulun nəticələri məlum olub. Əlbəttə qrant müsabiqəsinin nəticələri də elan olundu. Bütün tələbələri bu uğur münasibəti ilə təbrik edirəm. 39 min abütiriyentdən 28 mindən çoxu tələbə oldu. Tələbələrin sayı baxımından, əgər keçən ilin nəticələri ilə müqayisə etsək, faktiki olaraq, analoji vəziyyətdir. Ancaq, əgər lap əvvəlki illərlə müqayisə etsək tələbələrin sayı artıb, bu həqiqətən yaxşıdır. Dövlət tərəfindən maliyyə qazananlar baxımından da vəziyyət yaxşıdır. Pulsuz fakultədə 2017-ci ildə 4051 nəfər tələbə dövlət maliyyəsi ilə təhsil alacaq.

Qrant müsabiqəsinə gəlldikdə isə, təqribən 6000 və ya 6000-dən çox tələbə dövlətdən ya tam ya yarı maliyyələşdirmə qazanıb. 100%-lik qrant qazanan tələbələrin sayı 1000-dən biraz çoxdur”, – bildirib Maia Miminoşvili.

Onun sözlərinə görə, bu il, bir neçə müsbət tendensiya nəzərə alınır – vahid milli imtahanların nəticəsi olaraq 1047 qeyri-gürcü abitüriyent tələbə olub.

Mənbə: ipn.ge

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register