“Masala Sound System”in vokalçısını dinləyicilərin enerjili olması təəccübləndirib
Polşalı “Masala Sound System” qrupu dinləyicilərə enerjili musiqilər təklif etdi. Musiqiləri vokalist Dujebe ifa edirdi. O, audoriyanı musiqi başlayan kimi ələ almağı bacardı. Özünün dediyi kimi bilmirmiş hansı vəziyyətlə qarşılaşacaq. Digər ifaçılarla bağlı az məlumatı var imiş. Onun buraya gəlməsi gözləntiləri aşıb. Özünün dediyo kimi hər şey başqa gözlədiyindən fərqli olub. Dinləyicilərin enerjili olması və təbiətin gözəlliyi onu təəccübləndirib.
“Çox sevinirəm ki, buradayıq. Bizim fikrimizcə bizim bütün musiqilərimiz vacibdir. Çünki biz siyasi və sosial olaraq vacib mövzular haqqında oxuyuruq. Eləcə də hər şeyin yaxşı olması üçün nə edə biləcəyimiz haqqında ifa edirik. Siz google de Serakvi kəndini axtara bilərsiz və nəticədə görəcəksiniz ki, One Caucasus” festivalı tapılacaq. Bu deməkdir ki, Serakvi kəndi artıq bu vacib tədbirlə asossiasiya olunur və bizim üçün bu aktivlikdə iştirak etmək əhəmiyyətlidir”.
Davokalist, Dujebenin dediyinə görə o, Serakvi kəndində “One Caucasus” festivalında ilk dəfə iştirak edir. O, festivalı müsbət dəyərləndirdi.
Radio Marneuli
Amil Məmmədov2286 Posts
0 Comments