Tarixdə bu gün

Tarixdə bu gün 28.8.2017-cı il.
1521-ci ilin 28 avqustunda Belqrad Osmanlı ordusu tərəfindən fəth olunmuşdur.
28 avqust 1833-ci ildə Britaniya Parlamenti Britaniya İmperiyasının əksər ərazilərində köləliyi ləğv edən qanun qəbul etmişdir.
1963-ci ilin bu günü Martin Lüter Kinq özünün məşhur “I Have A Dream” (Mənim bir arzum var) nitqini söyləmişdir.
Azərbaycanlı aşıq Aşıq Xındı Məmməd 1896-cı ildə Borçalıda – Marneuli rayonunun Qaş Muğanlı (Böyük-Muğanlı) kəndində anadan olmuşdur. Bu sənətdə ustadlıq zirvəsinə çatan aşığın Borçalıda xeyli ünlü şagirdi vardır. Onlardan Aşıq Məhəmməd Sadaxlı, Aşıq Allahyar, Aşıq Ziyəddin, Aşıq Seyfi və başqaları bu gün Borçalının ən ünlü sənətçilərindəndir. Bu şagirdlərin arasında ustadın oğlu Gülabı Xındı Məmmədə layiq əvəz olmuşdur. Xındı Məmməd 1968-ci il 28 avqustda vəfat etmişdir. Qəbri doğma yurdu Qaş Muğanlıdadır.
28 avqust 1988-ci ildə Almaniyanın Ramştayn hərbi bazasındakı hava göstərisi zamanı təyyarələrdən biri tamaşaçıların üzərinə düşmüşdür.
Müəllif: Amil Məmmədov
Amil Məmmədov2286 Posts
0 Comments