Texno xəbər

TexnoXeber

   Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

“Facebook” sosial şəbəkəsində 125 yeni ailəvi emoji yaradılıb. Artıq istifadəçilər müxtəlif dəri çalarlarına malik bir çox kombinasiya seçə biləcəklər. Ancaq tərtibatçılar irqlərarası ailələrin olduğunu nəzərə almayıblar. 125 yeni emoji arasında dərisinin rəngi müxtəlif olan ailələrə yer verilməyib, bu isə amerikalı istifadəçiləri qəzəbləndirib. Çünki ABŞ-da, eləcə də Avropada valideynlərin müxtəlif millətlərdən olması geniş yayılıb. Yeni smayliklərdə çoxsaylı uşaqları olan ailələrə və tək ana və atalara da rast gəlmək mümkündür. Ümumilikdə 7 müxtəlif dəri rənginə malik emojilər təqdim olunub. Uşaqlar valideynlərinin rəngində göstərilib. “Facebook” istifadəçiləri bunu düzgün hesab etmirlər və şirkəti bütün ailələrin xüsusiyyətlərini nəzərə almağa çağırıblar.

1

ABŞ-ın “Apple” şirkətinin “iPhone 8” adlandıracağı gözlənilən yeni smartfonun təqdimatı sentyabrın 12-də keçiriləcək. Yeni model 5,8 düym ölçüdə “OLED” ekranla təchiz olunacaq. Ən nəzərəçarpan yeniliklərdən biri isə “Home” düyməsinin olmamasıdır. Bu düymənin funksiyalarını virtual düymə yerinə yetirəcək. Versiyalardan birinə görə, yeni telefon sahibini barmaq izindən (“Touch ID”) deyil, üz cizgilərindən tanıyacaq. “iPhone 8”-in yaddaş həcminə gəlincə, bu göstəricinin ilk modeldə 64 GB, ən bahalı modeldə isə 512 GB təşkil edəcəyi gözlənilir. Digər bir məlumata görə, telefon simsiz enerjidoldurma texnologiyası ilə təchiz olunacaq. Yeni modelin qiymətinin 1000-1100 ABŞ dolları civarında dəyişəcəyi deyilir.

2

“Samsung” “ağıllı” səsgücləndiricinin yaradılması ilə məşğuldur. Bu barədə Cənubi Koreya şirkətindən bildirilib. Şirkət akustika sahəsində dünya liderləri ilə rəqabət aparmağa layiq məhsul istehsal etmək niyyətindədir. “Samsung”un mühəndisləri “Amazon Echo”, “Google Home”, “Apple HomePod” ilə eyni səviyyədə “ağıllı” səsgücləndiricilər yaratmaq fikrindədirlər. Cənubi koreyalılar bu bazardan ABŞ korporasiyalarını sıxışdırmaq istəyir. Hazırda intellektual cihazın texniki xüsusiyyətləri sirr saxlanılır. Ancaq yaxın zamanlarda o, rəsmən ictimaiyyətə təqdim ediləcək. Qeyd edək ki, “Samsung” “ağıllı” ev yaratmaq niyyətindədir. Bu konstruksiyada bütün elektron cihazlar biri-biri ilə əlaqədə olacaqlar. Kommunikasiya prosesini asanlaşdıracaq əla vasitələrdən biri “Bixby” səs köməkçisi olacaq. Bu proqram artıq ingilis və Koreya dillərini anlaya bilir.

3

Amerikalı Kris Bolin internetə qoşulmadan işləyən sayt yaradıb. Saytın əsas səhifəsində belə bir yazı var: “Siz saytın məzmununu görmək üçün offlayna getməlisiniz”. Şəbəkədən çıxdıqdan sonra portalda məlumat pəncərəsi açılır. Bu pəncərədə müəllif daha məhsuldar olmaq istəyənlərə offlayna daha tez-tez getməyi məsləhət görür. K. Bolin saytın istifadəçilərinə mütəmadi olaraq özlərini şəbəkəyə qoşulmayan dəqiqələrlə “mükafatlandırmağı” tövsiyə edib.

4

Dartılma zamanı elektrik enerjisi hasil edən sap yaradılıb. ABŞ, Koreya Respubalikası və Çin alimləri tərəfindən karbon nanoboruları əsasında yaradılmış sap dartılma zamanı elektrik enerjisi hasil edir və “ağıllı” geyim istehsalında tətbiq edilə bilər. Alimlər tərəfindən hazırlanmış material çoxdivarlı karbon nanoborularından ibarət sap şəklindədir və belə sapın elektrik enerjisi hasil etməsi üçün o, elektrolitin içərisinə yerləşdirilməlidir. İstehsalçıların sözlərinə görə, bir kiloqram ağırlığında belə sap 250 vatt gücündə elektrik enerjisi hasil etmək gücünə malikdir. Sınaqlar çərçivəsində alimlər sübut ediblər ki, elektrolit kimi duzlu sudan (sınaqlar laboratoriyalarda, daha sonra okeanda keçirilib) da istifadə etmək olar. İstehsalçılar bildirirlər ki, sapın səmərəliliyi generator kimi nisbətən azdır, amma çəkisinin az olmasını nəzərə alaraq onu daşınan datçiklərin enerji ilə doldurulması üçün geyimin yaradılmasında istifadə etmək mümkün olacaq.

5

“Facebook” şirkəti virtual obyektləri real dünyaya daşıya biləcək əlavə reallıq üçün yeni patentləşdirilmiş eynək hazırlayır. Eynək inteqrasiya edilmiş ikiölçülü skannerli ekranla təchiz edilib. “Oculus Rift” qarniturlarından fərqli olaraq yeni tətbiq istifadəçiyə virtual obyektləri görməyə və real dünyada onlarla qarşılıqlı əlaqədə olmağa imkan verir. Qurğunun konstruksiyası haqqında hələlik az məlumat verilsə də, bu daşınan qadjetin adi eynəyi xatırladacağı məlumdur. Bununla yanaşı, “ağıllı” eynək ekran vasitəsilə istifadəçinin gözlərinə insanın gördüyü hər şeyi təsvir edə bilən işıq proyeksiya etmək imkanına malik olacaq. Onlar daha yüksək nəticə əldə etmək üçün qulaqlıqlar və ya oyun konsolları ilə birlikdə istifadə oluna bilər. Qeyd edək ki, cari ildə “Facebook” “Oculus Rift”in istifadə olunduğu “Spaces” virtual sosial şəbəkəsini istifadəyə verib.

6

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register