Abxaziya tərəfi Dağlıq Qarabağla qarşılıqlı anlaşma memorandumu bağlayıb

abxaz

28 Avqust tarixində Abxaziyadan, De Fakto Respublikanın Xarici İşlər Nazirinin rəhbərliyi ilə Dağlıq Qarabağa (Artsax) heyət gedib.

Daur Kove və onun Qarabağdan olan həmkarı, Karen Mirzoian iki tərəfli gələcək münasibətlərini müzakirə ediblər.

Abxaziyanın xarici müəssisəsinin bildirdiyinə görə, tərəflər regionda gedən hərbi-siyasi vəziyyəti də müzakirə ediblər və  qarşılıqlı anlaşma memorandumuna imza atıblar.

Rusiya Federasiyasının  2008-ci ilin Avqustunda müharibəsindən sonra müstəqil olaraq tanıdığı  Dağlıq Qarabağı Abxaziya və Cənubi Osetiya da tanıyıb.

Dağlıq Qarabağ məsələsi ilə bağlı Azərbaycan və Ermənistan arasında konflikt 1988-ci ildə başladı. Azərbaycan hesab edir ki, Dağlıq Qarabağ və yeddi ətraf rayon, Azərbaycanın 20%-i Ermənistanın silahlı qüvvələrinin işğalı altındadır, Ermənistan isə bunu konkret olaraq inkar edir. 1994-cü ildə tərəflər atəşin dayandırılmasına dair rejimlə bağlı razılıq imzalayıblar, amma bu günə kimi beynəlxalq təşkilatlar tərəfindən bu iki ölkə arasında danışıqlar uğursuz hesab edilir. Hər iki tərəf daim atəşin dayandırılması haqqında rejimi pozmaqda bir-birini günahlandırır.

 

Mənbə: netgazeti.ge

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register