“One Caucasus” 2017 başa çatdı

5

   “One Caucasus” festivalı başa çatdı. Tədbirin sonuncu günü də xoş musiqi sədaları altında keçdi. Festivalda şəxsi kompozisiyalarını rək və birgə şəkildə bizə təqdim edən yerli ifaçılar və eləcə də ansambllar, qruplar və xarici bendlər iştitak etdilər. Marneulili qrup “Red Carpet”in üzvləri də dinləyicilərə enerjili musiqilər təklif etdilər.

“Free Kids”in üzvü olan Maddona Darbaidze səhnəyə çıxmazdan əvvəl öz emosiyalarını bizimlə bölüşdü.

“Çox sevinirəm. Bu il ilk dəfə çıxış edəcəyik. Səbirsizliklə gözləyirik ki, nə zaman ifa edəcəyik. İlk öncə bizim qrup çıxış edəcək”.

“Enquri ansamblının rəqqaları iko rəqs təqdim etdilər. Biz ansamblın xoreoqrafı Levan Ğurava ilə söhbət etdik. O, qeyd etdi ki, festival üçün rəqsi bir həftəyə hazırlayıblar.

“Ilk dəfə çıxış etmirik. Çıxışlarımız çox olur. Indi də bir həftəyə festival üçün iki rəqs hazırladıq. Ansamblda gürcü və svan uşaqlar rəqs edirdi deyə enquri adlandırdıq. Daha sonra azərbaycanlı uşaqlar da qoşuldu”.

“Vahid Qafqaz” festivalı Serakvi kəndində üç qonşu, Gürcüstan, Azərbaycan və Ermənistan mədəniyyətinin kəsişməsində artıq dörd ildir keçirilir. Bu il festival 12 ölkənin nümayəndəsinə ev sahibliyi etdi.

Radio Marneuli

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register