Texno xəbər

Texno Xeber

   Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

WhatsApp” messenceri istifadəçilərini eksklüziv yeniliklə sevindirir. Artıq istifadəçilər rəngli mətn statusları yaza biləcəklər. “WhatsApp”dakı statuslar qısa bildirişlərdən ibarətdir və bir neçə gün ərzində qala bilir. Sonradan isə proqram tərəfindən silinir. “VKontakte” və “Instagram” sosial şəbəkələrində bu seçim “histories” adlanır. Xatırladaq ki, rəngli statusları bu messencerin məxsus olduğu “Facebook” sosial şəbəkəsində də dərc etmək mümkündür. “WhatsApp” nümayəndələri bildirirlər ki, statusun yeni imkanları avqustun əvvəlindən sınaq mərhələsindədir və bundan hələlik müəyyən istifadəçilər istifadə edə bilirlər.

1

Hidrogen yanacağı ilə işləyən ilk gəmi altı il müddətinə dünya turuna çıxıb. “Odysses” adlanan gəminin 50 ölkənin 101 limanına səfər etməsi nəzərdə tutulub. Fransadan yola çıxan katerin mühərriki günəş, külək və hidroelektrik gücdən aldığı enerji ilə çalışır. Su buxarından başqa təbiətə heç bir təsiri olmayan gəmi ekoloji baxımdan təmiz nəqliyyat vasitəsi hesab olunur. Bununla belə, onun mühərriki digər oxşar gəmilərin mühərrikindən ikiqat daha yüksək məhsuldarlıqla işləyir.

2

Britaniya alimləri qidanı həzm edə bilən robot yaradıblar. Bristol Universitetinin mütəxəssisləri qeyri-adi bir mexanizm yaratmağa nail olublar. Bu robot canlı orqanizmlərlə qidalanır O, suya girən kimi ağzı ilə maye formasında olan, “polimer membran” adlandırılan orqanik materialı tutur və onu “mədə”sinə göndərir. Orada həzm prosesi gedir. Tullantı materiallar robotun arxa hissəsi vasitəsilə xaric olunur. Hələlik bu maşınlardan su anbarlarının təmizlənməsində istifadə olunacağı güman edilir. Lakin robotun müəllifləri onu daha da inkişaf etdirmək niyyətindədirlər. Orqanik maddələri ayırd edən robotun təkmilləşmiş variantı orqanik qidalarla sintetik qidaları ayırd edəcək. Bu robotun köməyi ilə istehlakçılar onlara təklif olunan qidaların təbii, yaxud süni olduğunu müəyyənləşdirə biləcəklər. Robotların gələcəkdə, dadı, iyi hiss etmək qabiliyyəti də olacaq. Bristol Universitetinin əməkdaşları yeni robotu süni intellektin inkişafı istiqamətində bir addım hesab edirlər.

3

“Samsung Electronics” şirkəti smartfon və digər qurğularda istifadə edilən fleş-yaddaş çiplərinin istehsalına yaxın 3 ildə 7 mlrd. dollar həcmində sərmayə qoyacaq. Istehsalat Çinin ərazisində baş tutacaq. Şirkətin yeni layihə ilə bağlı yaydığı açıqlamada bildirilir ki, sərmayənin əsas hissəsi Şensi əyalətinin Sian şəhərində “Samsung”un istehsal imkanlarının genişləndirilməsinə yönəldiləcək. “Samsung” 2017-ci ilin ilk rübündə fleş-yaddaş bazarında 41% paya malik olan qeyd-şərtsiz lider hesab edilir. Onun rəqibi – “Toshiba” isə bu bazarda 18% paya malikdir. Bundan başqa, Cənubi Koreya şirkəti dinamik yaddaş bazarının 41%-nə nəzarət edir.

4

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register