“Avropalı Gürcüstan” partiyasının merliyə namizədi İmamquliyev, hakimiyyət tərəfindən göstərilən təsirdən danışır
Bu gün “Avropalı Gürcüstan” partiyasının ofisində Əhməd İmamquliyev və Qiqi Uqulava brifinq keçirdi.
Qiqi Uqulavanın sözlərinə görə, Marneulidə seçki qabağı dövrdən yerli hakimiyyət və güclülər Əhməd İmamquliyevə qarşı birləşiblər.
“Ona qarşı mübarizəyə tituşkalar, icra hakimiyyəti nümayəndələri, güclülər qoşulub” – bildirir Uqulava.
Uqulava yerli hakimiyyət tərəfindən İmamquliyevin “nacionalizm”də günahlandırılmasını “axmaqlıq” adlandırdı.
Uqulava deyir ki, İmamquliyev 2016-cı ilin Parlament seçkilərində qələbə qazandı və “Gürcü Arzusu” bu qələbəni onun əlindən aldı. Uqulavanın sözlərinə görə, bu gün də özünüidarəetmənin yerli seçkiləri üçün İmamquliyevə qarşı həmin maşın qurulub.
Keçmiş mer bildirib ki, Marneulidə onların ciddi monitorinqi olacaq. Hər bir məntəqəni yoxlamağı planlaşdırırlar.
İmamquliyev birifinqdə video material təqdim etdi. Video İmamquliyev tərəfindən Qızılhacılı ərazisində olarkən facebook live vasitəsilə çəkilib. İmamquliyevin bildirdiyinə görə əhali ilə görüş zamanı onun qarşısına icra hakimiyyətinin əməkdaşları çıxıblar və onlardan biri “Gürcü Arzusu”nun güman edilən namizədi Ceyhun Çovdarov imiş.
Məsələ ilə bağlı Əhməd İmamquliyevin dediyinə əsasən Gürcü arzusu partiyasının majoritar namizədi Ceyhun Çovdarova üz tutduq ancaq o öz mövqeyini bildirməkdən imtina etdi.
Radio Marneuli
You may also like
0 Comments