Gürcüstanlı tələbələr Azərbaycanda həyata keçirilən “Yay istirahət düşərgəsində” iştirak ediblər

Genclerin seferi

21-28 avqust tarixlərində Gurcustanda yaşayan Azərbaycanlı və gürcü tələbələr Azərbaycan Respublikasının Diaspora ilə İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə həyata keçirilən və tələbələr üçün nəzərdə tutulan yay istirahət düşərgəsində iştirak ediblər. Tələbələrdən ibarət 50 nəfərlik qrup 1 həftə ərzində istirahətlə yanaşı Azərbaycan Respublikasının Diaspora ilə İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovla görüşüblər, Bakıda Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib, önünə gül dəstələri qoyublar.“İçərişəhər”i gəzib, Qız qalası, Şirvanşahlar saray kompleksi ilə tanış olublar.

Qeyd edək ki, Yay istirahət düşərgəsi bir necə ildir ki, həyata keçirilir və Gürcüstanın müxtəlif  ali təhsil ocaqlarında təhsil alan tələbələrə layihədə iştirak etmə şansı verilir.

Layihədə iştirak edən Gürcüstanda yaşayan Azərbaycanlı tələbələr Yay istirahət düşərgəsinin həyata keçirilməsində dəstək göstərən Azərbaycan Respublikasının Diaspora ilə İş üzrə Dövlət Komitəsinə və onun sədri Nazim İbrahimova və layihənin Gürcüstan Nümayyəndəsi Zümrüd Qurbanlıya  dərin minnətdarlıqlarını bildirirlər.

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register