30 Avqust: Abastumanda yenidən yanğınla mübarizə aparırlar, Likanidə isə yanğın söndürülüb

news4

Borjomidən sonra Gürcüstanın müxtəlif meşələrində yeni yanğınlar baş verir – bu dəfə əsas yanğın sahəsi Abastuman meşəsidir.

Abastumanda yanğın aradan qaldırılmayıb. Fövqəladə Hallar Xidmətindən bildiriblər ki, yanğınsöndürənlər bütün gecə ərzində orada çalışırmışlar və meşədə 4 kilometrlik yol açıblar ki. yanğınsöndürən maşınları alov olan sahələrə daxil ola bilsinlər.

Hal-hazırda Abastumanda yanğının söndürülməsi işlərinə canlı qüvvə qoşulub.

Yanğının effektli söndürülməsi məqsədi ilə, gedən işlərə hava texnikası da qoşulub.

Yanğının hansı sahədə yayılması indiki mərhələdə məlum deyil.

Dünən Likani meşəsində də yanğın baş verib. Fövqəladə Hallar Xidmətinin məlumatına görə yanğın aradan qaldırılıb.

Mənbə: netgazeti.ge

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register