Texno xəbər

TexnoXeber

   Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

Son məlumatlara əsasən, “Messenger Lite” əlavəsi artıq 50 milyon dəfədən çox yüklənib. Əlavənin populyarlığına baxmayaraq, şirkət onu inkişaf etmiş ölkələrdə əsl “Messenger”in alternativinə çevirməyi planlaşdırmır. “Facebook” özünün “Messenger Lite” əlavəsini 2016-cı ilin oktyabr ayında istifadəyə verib. Bu, “Messenger” proqramının məhdud funksiyalara malik kiçildilmiş versiyasıdır. “Facebook Messenger Lite” əlavəsi “ОС Android 2.3 Gingerbread” və daha yeni versiyalarla çalışan əməliyyat sistemli köhnə smartfonlar üçün nəzərdə tutulub. Həmçinin, bu əlavə aşağı sürətli internetin mövcud olduğu bölgələr üçün nəzərdə tutulub.

1

İT bazarının mütəxəssisləri “Apple” korporasiyasının “ağıllı” eynəklərinin satış rekordları əldə edəcəyini proqnozlaşdırır. 2018-ci ildə cihazı əldə etmək imkanı yaranacaq. Güman edilir ki, smart-eynəklər “iPhone”u da ötəcək və gələn il “Apple”ın ən populyar cihazı olacaq. Bəzi analitiklər əmindir ki, tərtibatçılar keyfiyyətli məhsul hazırlayıblar və smart-eynəklər “Apple Watch”u da geridə qoyacaq. Şirkət bu cihazdan ildə 25 milyard dollara yaxın pul qazana bilər. “Ağıllı” eynəklərin populyarlıq piki isə 2019-cu ilin ortalarına təsadüf edəcək.

2

Özəlliklə, “Ayfon” istifadəçilərinin maraqla gözlədiyi tədbirin keçiriləcəyi tarix bəlli oldu. “Ayfon” smartfonunun 8-ci buraxılışı sentyabrın 12-də müştərilərə təqdim ediləcək. Üstəlik, smartfon bu təqdimatda təkbaşına olmaycaq. Analitiklər “Apple” markasının 3 fərqli “Ayfon” modelini və yeni nəsil “Apple Watch” ağıllı qol saatlarının təqdim ediləcəyini bildirib. Qeyd eək ki, “Ayfon” modelinin ilk buraxılışı 10 il əvvəl yaradıcısı Stiv Cobs tərəfindən təqdim edilmişdi. Bu model günümüzdə ağıllı smartfon sektorunun formalaşmasında önəmli pay sahibidir. Bu vaxta qədər analoqu olmayan məhsullar istehsal edən şirkətin 10 il sonra daha böyük işlərə imza atması ehtimal edilir. Sentyabrın 12-də daha bir marka – Çinin “Xiaomi” şirkəti də yeni modellərini təqdim edəcək. Bu tarixin həm smartfon istifadəçiləri, həm də iki rəqib marka üçün böyük və həyacanlı gün olacağı gözlənilir.

3

İnternetdə dizaynına görə “LG G6” smartfonunu xatırladan “LG V30” smartfon modelinin ilk real fotoşəkli yayılıb. İctimaiyyətə rəsmi təqdimatı avqustun 31-nə nəzərdə tutulan qurğunun yalnız ön hissəsinin fotoşəkli təqdim olunub. İlkin məlumata görə, “LG V30” əsas ekranı tamamlamaqla “LG V” seriyasının başlıca xüsusiyyətini təşkil edən yardımçı displeylə təchiz edilməyəcək. Bunun əvəzinə isə smartfon tez-tez istifadə edilən funksiyalardan sürətlə yararlanmağa imkan verən və bütün ön paneli əhatə edən bir böyük ekrana malik olacaq. “LG V30” modeli “Qualcomm Snapdragon 835” prosessoru, 4 və ya 6 giqabayt operativ və 32, 64 və 128 giqabayt tutumlu quraşdırılmış yaddaşla təchiz ediləcək. Arxa paneldə qoşa kamera və barmaq izi skaneri quraşdırılacaq. Bildirilir ki, “HDR 10” və “Google Daydream” texnologiyalarını dəstəkləyəcək smartfon ilk dəfə olaraq f/1.6 aperturasına və şəffaflığı yaxşılaşdırılan “Crystal Clear Glass Lens” optik şüşəsinə malik kamera ilə təchiz ediləcək. Həmçinin korpusu alüminiumdan ibarət olan və “Gorilla Glass 5” şüşəsi ilə təchiz edilən qurğu “IP68” standartı üzrə suya və toza davamlı olacaq.

4

Galaxy Note 8 ilk mükafatını aldı. Bir neçə ay əvvəl Galaxy S8-ə verilən ən yaxşı ekran mükafatının yeni sahibi Galaxy Note 8 oldu. Beləcə İlk dəfə bir telefon ekranı A + dərəcəsinə çatdı.Samsung-un yeni smartfonları mükafata doymur. Keçdiyimiz aylarda Galaxy S8, DisplayMate tərəfindən ən yaxşı ekrana sahib telefon seçilmişdi. Note 8 isə S8-i keçərək bir smartfon üçün ilk dəfə A + dərəcəsinə layiq görüldü. Note 8-in 6.3 inç-lik ekranındakı ən diqqət çəkici yeniliklərdən biri parlaqlığının Galaxy S8-dən 22% daha yüksək olmasıdır. Hesabatda telefonların avtomatik parlaqlıq xüsusiyyəti açıldığında Note 8-in maksimum ekran parlaqlığının daha yüksək ola biləcəyi ifadə edilir. Bu, istifadəçinin ən yaxşı parlaqlıq səviyyəsinə sahib olmasını təmin edərək telefonun ümumi batareya ömrünə qatqı edəcək.Yüksək mühitdə işıq vəziyyətində olduqda telefon daha yaxşı rənglər istehsal edir. Bundan əlavə, olaraq 8-də S8-ə uyğun olaraq rəng dəqiqliyi, baxış mənzərəsi, görüntü prosessoru, performans və enerji qənaət rejimlərinin təkmilləşdirilməsi qeyd olunur. DisplayMate-in hesabatı Samsung-un yeni flaqman telefonunun ekranında güclü deyişiklilər etdiyini  açıqca ortaya qoyur. İlk baxışda S8-ə görə kamera və RAM xaricində çox dəyişiklik görünməsə də hesabat  ciddi irəliləyişlər edildiyini göstərir.

5

ABŞ, Cənubi Koreya və Çindən olan beynəlxalq alimlər qrupu tərəfindən karbon nanoboruları əsasında yaradılmış sap dartılma zamanı elektrik enerjisi hasil edir və “ağıllı” geyim istehsalında tətbiq edilə bilər. Alimlər tərəfindən hazırlanmış material çoxdivarlı karbon nanoborularından ibarət sap şəklindədir və belə sapın elektrik enerjisi hasil etməsi üçün o, elektrolitin içərisinə yerləşdirilməlidir. İstehsalçıların sözlərinə görə, bir kiloqram ağırlığında belə sap 250 vatt gücündə elektrik enerjisi hasil etmək gücünə malikdir. Sınaqlar çərçivəsində alimlər sübut ediblər ki, elektrolit kimi duzlu sudan (sınaqlar laboratoriyalarda, daha sonra okeanda keçirilib) da istifadə etmək olar. İstehsalçıların sözlərinə görə, sapın səmərəliliyi generator kimi nisbətən azdır, amma çəkisinin az olmasını nəzərə alaraq onu daşınan datçiklərin enerji ilə doldurulması üçün geyimin yaradılmasında istifadə etmək mümkün olacaq.

6

İsveçrənin “Prime Computer” kompüter istehsalçısı “PrimeMini 3” mini-kompüterinin 1 milyon dollar məbləğində olan xüsusi versiyasını çıxarıb. Sözügedən mini-kompüter “Intel Core i5-6260U” prosessoru, daxili “Intel Iris Graphics 540” qrafik sürətləndiricisi, 8 QB-lıq “DDR4” əməli yaddaşı, 250 QB-lıq “Samsung EVO” SSD diski, “Wi-Fi 802.11ac”, “Bluetooth” ilə təchiz edilib və “Windows 10 Home” sisteminin idarəetməsi altında işləyir. “Prime Computer” adlı kompüterdə şirkətin bütün məhsullarında tətbiq edilmiş ventilyatorsuz soyutma texnologiyasından istifadə olunur. İstehsalçı “PrimeMini” 3 kompüterinin xüsusi versiyasını 18 karatlıq qızıldan hazırlanmış korpusla təchiz edib. Məhz bu səbəbdən mini-kompüterin qiyməti 1 milyon dollar təşkil edir. Şirkət belə kompüterin istehsalı üçün 500 min dollar dəyərində qızıldan istifadə edir. 10 ədəd qızıl “PrimeMini 3” mini-kompüteri istehsal ediləcək. Bu kompüterlər Birləşmiş Ərəb Əmirlikləri və Rusiyadan olan müştərilər üçün nəzərdə tutulub.

7

Tibbi avadanlıq istehsalı üzrə ixtisaslaşmış Britaniyanın “CMR” şirkətinin mühəndislərinin məlumatına görə, böyük ölçülü robotlarla rəqabət aparmaq qabiliyyətinə malik və  incə əməliyyatların icrası üçün nəzərdə tutulmuş ucuz, yığcam və təcrübəli robot hazırlanıb. “Cambridge Medical Robotics” şirkətinin istehsalçılarının məlumatına görə, “Versius” adlı robot cərrahın ölçüləri 60×60 santimetr təşkil edir. Qiyməti isə analoji qurğularla müqayisədə iki dəfə ucuzdur. Robot pasiyentin bədənində diametri 1sm-dək olan kəsik etmək tələb olunan əməliyyatları keçirə biləcək. Belə əməliyyatlar incə hərəkətlər tələb edir, buna görə robot çox elastikdir, onun manipulyatoru insan əlini xatırladır. Həmçinin robotun bütün hərəkətlərini üçölçülü ekranda izləmək mümkündür. Bu, robot cərraha əməliyyatı daha sürətli və səmərəli etməyə imkan verəcək. Gələn il kiçik ölçülü robot cərrahın işçi prototipi təqdim ediləcək.

8

Ben-Quriona Universitetindən olan alimlər qrupu dəyişdirilmiş sensor displeyin köməyi ilə smartfonlara müdaxilə üsulunu aşkar ediblər. Alimlər sözügedən metodu “Nexus 6P” smartfonu və “LG G Pad 7.0” planşeti üzərində yoxlayıblar. Bu qurğulara zərərverici proqram təminatına malik mikrokontrollerlər qoşulub. Nəticədə alimlər ekrana toxunuşları imitasiya etməyə, şəkil və proqram məlumatlarını yadda saxlamağa müvəffəq olublar, həmçinin cihaza qurulmuş brauzerləri fişinq saytlara yönləndirmək imkanı əldə ediblər. Bu hücumun özəlliyi ondadır ki, onu aşkar etmək çox çətindir: antiviruslar zərərverici proqram təminatını görmür, sözügedən proqram isə əməliyyat sisteminin yenilənməsi və ya qurğunun parametrlərinin sıfırlanmasından sonra da silinmir. Alimlərin fikrincə, çoxlu sayda qurğunun məqsədyönlü şəkildə belə hücuma məruz qalmasını istisna etmək olmaz. Buna görə alimlər smartfon istehsalçılarına təmir zamanı belə müdaxilə imkanını nəzərə almağı və müvafiq müdafiə sistemi yaratmağı tövsiyə ediblər.

9

“Meizu” şirkəti orta qiymət kateqoriyasına aid olan yeni “M6 Note” smartfonunu təqdim edib. Metal korpusa malik aparat 5,5 düymlük ekran, 1920×1080 nöqtə (Full HD) təsvir ölçülü displey və səkkiznüvəli 2 QHs takt tezlikli “Snapdragon 625” prosessoru ilə təchiz edilib. “Meizu M6 Note” smartfonu 12 və 5 meqapiksellik təsvir ölçülü “Sony IMX362” və “Samsung 2L7” datçiklərinə malik ikiqat əsas kamera ilə təchiz edilib. Ön kameranın təsvir ölçüsü 16 meqapikseldir. Smartfon 3/4 QB-lıq əməli yaddaş, 16/32/64 QB-lıq daxili yaddaşla təchiz edilə bilər. Sürətli enerjidoldurma texnologiyası olan “mCharge”ı dəstəkləyən akkumulyatorun tutumu 4000 milliamper/saat təşkil edir. Qurğunun ölçüləri 154,6×75,2×8,35 mm, çəkisi isə 173 qr-dır. 3 QB-lıq əməli yaddaş və 16 QB-lıq daxili yaddaşa malik versiyanın qiyməti 165 dollar, 4/64 QB-lıq versiyanın qiyməti isə 255 dollardır.

10

Parol və hər cür pin kodlar, barmaq izlərinin skaneri, kredit kartları, hətta mənzil və ya avtomobillərin açarları sifətin tanınması texnologiyasının tətbiqi ilə keçmişin bir hissəsinə çevriləcək. Hazırda sifətin tanınması sistemləri böyük əhəmiyyət kəsb etmir, ancaq yaxın gələcəkdə vəziyyət dəyişəcək. Öz sahibini onun sifətinə görə tez və səhvsiz identifikasiya edən smartfonlar bazara çıxarılan kimi, bəşəriyyət belə texnologiyaya maraq göstərəcək. Tezliklə sifətin skan edilməsinə əsaslanan autentifikasiya sisteminə malik smartfonlar təqdim olunacaq. Mobil çiplərin istehsalı üzrə dünya liderlərindən biri olan “Qualcomm” şirkəti bu yaxınlarda “Spectra” texnologiyasını – obyektlərin (həmçinin insan sifəti) skan edilməsi sistemini təqdim edib. Ona görə düşünmək olar ki, tezliklə sifətin skan edilməsini dəstəkləyən “Android” sistemi ilə işləyən smartfonlar satışa çıxarılacaq.

11

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register